TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəfləri Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım bri
107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub.
Bir xarici vətəndaş üzərində "Yeni Klinika"da cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb.
İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər "Yeni Klinika", Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar.
Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb.
Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik-emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.
Tam oxu
Xəbəri oxu