Icma.az
close
up
RU
TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib

TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəfləri Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaş üzərində "Yeni Klinika"da cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb.

İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər "Yeni Klinika", Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar.

Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb.

Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik-emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.

Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmət göstərib. Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, "Koroğlu", "28 May", "Elmlər Akademiyası" metro stansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri