Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüş keçirib.
Medicina.az xəbər verir ki, rezidenturanı uğurla başa vuran mütəxəssislər Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və digər ixtisaslaşmış tibb müəssisələri ilə yanaşı, regionlarda fəaliyyət göstərən xəstəxanalara da təyin olunublar.
Bu yanaşma səhiyyə sisteminin peşəkar kadrlarla gücləndirilməsinə, tibb müəssisələrinin insan resurslarının inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verir.
İcraçı direktor vurğulayıb ki, tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə üzrə tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.
Aygün M