TƏBİB direktoru rezisdentlərlə görüşdü
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüş keçirib.
Medicina.az xəbər verir ki, rezidenturanı uğurla başa vuran mütəxəssislər Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və digər ixtisaslaşmış tibb müəssisələri ilə yanaşı, regionlarda fəaliyyət göstərən xəstəxanalara da təyin olunublar.
Bu yanaşma səhiyyə sisteminin peşəkar kadrlarla gücləndirilməsinə, tibb müəssisələrinin insan resurslarının inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verir.
İcraçı dir
ektor vurğulayıb ki, tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə üzrə tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.
Aygün M
Baxış sayı:77
Bu xəbər 07 İyul 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















