“TƏBİB in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” Video

07.10.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью