“TƏBİB in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”
Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.
Bu mövzuda digər xəbərlər:TƏBİB in sistemi çökdü: günlərdir işləmir
08 Oktyabr 2026 09:23
TƏBİB in sistemi çökdü Sabunçu Tibb Mərkəzində növbə yarandı
23 Sentyabr 2025 09:54
Hansı tibb müəssisələrində onlayn növbə sistemi QURULUB? TƏBİB
23 Dekabr 2024 11:37
Poliklinikalarda yeni elektron növbə sistemi qurulur TƏBİB rəsmisi
08 Dekabr 2025 13:20
Yeni Klinikada onlayn növbə sistemi tətbiq ediləcək TƏBİB rəhbəri
20 Noyabr 2025 14:01
Baxış sayı:120
Bu xəbər 07 Oktyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















