Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Statistikaya görə, dünyada milyonlarla insan İİV-ə yoluxmuş vəziyyətdə yaşayır.
Lakin erkən diaqnostika və davamlı müalicə sayəsində bu virusla uzun və keyfiyyətli həyat sürmək mümkündür.
Ən vacib məqamlardan biri də cəmiyyətdə bu insanlara qarşı anlayışlı və dəstəkçi münasibətin formalaşdırılmasıdır.Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində İİV/QİÇS-lə bağlı müayinələr hansı qaydada aparılır?Risk qruplarına daxil olan vətəndaşların vaxtında diaqnostikası üçün hansı addımlar atılır?İİV-ə yoluxmuş şəxslərin müalicəsi hansı mərkəzlərdə və necə təşkil olunur?
Yaranan suallarla bağlı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab hazırlanıb: “Ümumilikdə İİV/QİÇS-ə görə müayinələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.08.2012-ci il tarixli 65 nömrəli “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə işinin təkmilləşdirilməsi barədə” Əmrinə əsasən tənzimlənir.
Müvafiq əmrə əsasən İİV-ə ilkin (skrininq) müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində, onun regional laboratoriyalarında və Səhiyyə Nazirliyinin icazəsi ilə zəruri şəraitə və müvafiq tibbi avadanlığa malik olan, o cümlədən TƏBİB tabeliyində olan tibb müəssisələrində aparılır.
TƏBİB tabeli tibb müəssisələrində aşkarlanmış şübhəli hallar İİV-ə təsdiqedici (referent və ekspert) müayinələr üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinin referens laboratoriyasına göndərilir”.Risk qruplarına daxil olan vətəndaşların vaxtında diaqnostikası üçün hansı addımlar atılır?