Icma.az
close
up
RU
TƏBİB in tabeliyində olan tibb müəssisələrində İİV/QİÇS lə bağlı müayinələr hansı qaydada aparılır?

TƏBİB in tabeliyində olan tibb müəssisələrində İİV/QİÇS lə bağlı müayinələr hansı qaydada aparılır?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Statistikaya görə, dünyada milyonlarla insan İİV-ə yoluxmuş vəziyyətdə yaşayır. Lakin erkən diaqnostika və davamlı müalicə sayəsində bu virusla uzun və keyfiyyətli həyat sürmək mümkündür. Ən vacib məqamlardan biri də cəmiyyətdə bu insanlara qarşı anlayışlı və dəstəkçi münasibətin formalaşdırılmasıdır.Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində İİV/QİÇS-lə bağlı müayinələr hansı qaydada aparılır?Risk qruplarına daxil olan vətəndaşların vaxtında diaqnostikası üçün hansı addımlar atılır?İİV-ə yoluxmuş şəxslərin müalicəsi hansı mərkəzlərdə və necə təşkil olunur?

Yaranan suallarla bağlı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab hazırlanıb: “Ümumilikdə İİV/QİÇS-ə görə müayinələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.08.2012-ci il tarixli 65 nömrəli “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə işinin təkmilləşdirilməsi barədə” Əmrinə əsasən tənzimlənir. Müvafiq əmrə əsasən İİV-ə ilkin (skrininq) müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində, onun regional laboratoriyalarında və Səhiyyə Nazirliyinin icazəsi ilə zəruri şəraitə və müvafiq tibbi avadanlığa malik olan, o cümlədən TƏBİB tabeliyində olan tibb müəssisələrində aparılır. TƏBİB tabeli tibb müəssisələrində aşkarlanmış şübhəli hallar İİV-ə təsdiqedici (referent və ekspert) müayinələr üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinin referens laboratoriyasına göndərilir”.

Risk qruplarına daxil olan vətəndaşların vaxtında diaqnostikası üçün hansı addımlar atılır?

“İİV infeksiyası üçün risk qrupları və risk qruplarına daxil olan vətəndaşların İİV infeksiyasının diaqnostikası məqsədilə könüllü, mütləq və ya məcburi qaydada tibbi müayinəyə cəlb edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.08.2012-ci il tarixli 65 nömrəli əmrinin 3 nömrəli əlavəsinin “İİV-infeksiyasının diaqnostikası məqsədilə tibbi müayinənin aparılması qaydaları”na əsasən müəyyən edilir”.

İİV-ə yoluxmuş şəxslərin müalicəsi hansı mərkəzlərdə və necə təşkil olunur?

“Hal-hazırda respublika üzrə İİV infeksiyası aşkar edilmiş xəstələrə antiretrovirus terapiyası Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təmin edilir. İİV-li xəstələrə ixtisaslı tibbi məsləhətləşmə və yardımın göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli və 2023-ci il 4 avqust tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində TƏBİB tabeli tibb müəssisələrində həyata keçirilir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri