TƏBİBin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib | Icma.az
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti geniştərkibli müşavirə keçirilib.
"Report" xəbər verir ki, müşavirədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in və tabeliyindəki müəssisələrin fəaliyyəti, tibbi xidmətin təşkili istiqamətində görülən işlər, bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə, vərəmlə mübarizə və təcili tibbi yardım xidmətləri ilə bağlı fəaliyyətin optimallaşdırılması, müalicə-profilaktika tədbirləri, əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizlik, radiasiya təhlükəsizliyi, sanitariya, gigiyena normaları və standartları, infeksion-nəzarət sisteminin təkmilləşdirilməsi və tibb müəssisələrinin kommunikasiya fəaliyyəti müzakirə olunub.
“Bildiyiniz kimi, ölkəmizin ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbiri uğurla başa çatdı.
Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə həyata keçirməsi və iqlim dəyişmələrinə qarşı mübarizədə önəmli qərarların qəbul edilməsinə verdiyi töhfələr böyük dövlətlər, eyni zamanda BMT tərəfindən yüksək qiymətləndirilib.
COP29-da qəbul edilmiş qərarlar ölkəmizin beynəlxalq miqyasda növbəti uğurudur.
Belə böyük miqyaslı tədbirdə TƏBİB üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib.
Bütün tibb müəssisələrimiz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Tam oxu
Xəbəri oxu