Icma.az
close
up
RU
TƏBİBin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib

TƏBİBin tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti geniştərkibli müşavirə keçirilib.

"Report" xəbər verir ki, müşavirədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in və tabeliyindəki müəssisələrin fəaliyyəti, tibbi xidmətin təşkili istiqamətində görülən işlər, bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə, vərəmlə mübarizə və təcili tibbi yardım xidmətləri ilə bağlı fəaliyyətin optimallaşdırılması, müalicə-profilaktika tədbirləri, əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizlik, radiasiya təhlükəsizliyi, sanitariya, gigiyena normaları və standartları, infeksion-nəzarət sisteminin təkmilləşdirilməsi və tibb müəssisələrinin kommunikasiya fəaliyyəti müzakirə olunub.

“Bildiyiniz kimi, ölkəmizin ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbiri uğurla başa çatdı. Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə həyata keçirməsi və iqlim dəyişmələrinə qarşı mübarizədə önəmli qərarların qəbul edilməsinə verdiyi töhfələr böyük dövlətlər, eyni zamanda BMT tərəfindən yüksək qiymətləndirilib. COP29-da qəbul edilmiş qərarlar ölkəmizin beynəlxalq miqyasda növbəti uğurudur. Belə böyük miqyaslı tədbirdə TƏBİB üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib. Bütün tibb müəssisələrimiz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Bu prosesdə daha yaxından iştirak edən Bakı Baş Səhiyyə Mərkəzi, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, təcili tibbi yardım xidmətinin rəhbərliyi və bütün kollektivi başda olmaqla, hər kəsə təşəkkürümü bildirirəm”, - TƏBİB-in İcraçı direktoru bildirib.

V.Qurbanov COP29 çərçivəsində iqlim dəyişmələrinin insan sağlamlığına təsiri və səhiyyə sahəsinin bu təsirlərlə mübarizəyə davamlılığı ilə bağlı mühüm qərarlar qəbul edildiyini diqqətə çatdıraraq, “Vahid Sağlamlıq” konsepsiyasını aidiyyəti qurumların iştirakı ilə respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün vacib addım kimi dəyərləndirib:

“Ümumilikdə ölkəmiz tərəfindən götürülmüş öhdəliklər, prioritet hesab edilən qərarlar tibb sahəsi üçün də keçərlidir. Bundan sonrakı PostCOP dönəmi üçün mərhələli şəkildə yaşıl xəstəxana, tibbi tullantı mövzusu və enerjidən düzgün istifadə edilməsi istiqamətində səmərəli qərarlar qəbul edilməsi labüddür”.

Ölkəmiz və dünya üçün əhəmiyyətli tədbir olan COP29 çərçivəsində dövlət tibb müəssisələrinin işinin təşkili barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov ətraflı məruzə ilə çıxış edib.

O, TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciətinin qeydə alındığını, tibb məntəqələrinə müraciət edənlərin sayının 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlərin isə 492 nəfər təşkil etdiyini bildirib:

“İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar. Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb və onların hər birinə qüsursuz tibbi xidmət göstərilib”.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da çıxışında konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadasının tədbirin keçirildiyi müvafiq ərazilərə fasiləsiz təhkim olunduğunu, 492 nəfərin isə həmin təcili yardım briqadalarına müraciət etdiyini və tibbi xidmət aldığını qeyd edib: “COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edirdi, əvəzedici ambulanslar təhkim olunmuşdu. Təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən heyət üçün nəzərdə tutulan təməl həyat dəstəyi / təkmil həyat dəstəyi üzrə təlimlər, xarici qonaqlarla daha rahat kommunikasiyanı təmin edə bilmək üçün ingilis dili kursları da, deyərdim ki, öz faydasını verdi”.

COP29 zamanı əsas diqqəti edilməsi vacib sayılan məsələlərdən biri olan infeksion xəstəliklərə nəzarətin gücləndirilməsi, konfrans çərçivəsindəki sessiya və panellərdə iştirakçılıqla bağlı Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edib. O, çıxışında konfrans öncəsi bir çox hazırlıq tədbirlərinin görüldüyünü qeyd edərək, Kliniki Tibbi Mərkəz və Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məhəmmədi modul tipli xəstəxanaların hazırlıq dərəcəsinin monitorinq edildiyini, infrastrukturun tam hazır vəziyyətə gətirildiyini vurğulayıb.

Departament rəhbəri COP29-a hazırlıq çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış “Vahid Sağlamlıq üzrə” Milli Strategiya və Tədbirlər Planının hazırlanmasında TƏBİB-in də rolunu qeyd edib:

“Tibbi xidmətlərin inkişafı departamentinin fəaliyyət istiqamətinə uyğun olaraq ötən müşavirədən sonrakı müddətdə TƏBİB-in İcraçı direktorunun müvafiq əmri ilə tibb müəssisələrində endoskopiya xidmətinin qiymətləndirilməsi həyata keçirilib, 25 müəssisədən 23 müəssisənin qiymətləndirilməsi başa çatıb. Əsas məqsəd tabeli tibb müəssisələrimizdə bu xidməti qənaətbəxş vəziyyətdə təşkil etməkdir”.

Daha sonra çıxış edən İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova COP29-da kommunikasiya və böhran kommunikasiya hallarının idarə olunması prosesində tibb müəssisələrinin rolu, eləcə də tabeli tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr, böhran kommunikasiyası, rəqəmsal marketinq istiqamətində görülən işlərdən danışıb.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin fəaliyyətinin rüblük əsaslarla qiymətləndirildiyini, TƏBİB-in Kommunikasiya Strategiyasına uyğun olaraq onların vaxtaşırı təlimlərə cəlb edildiyini qeyd edən Z.Ədilova müəssisə rəhbərlərinin ictimaiyyətlə əlaqələr fəaliyyətinə diqqətinin artırılmasının, yüksəkixtisaslı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd edib:

“Strategiyamıza uyğun olaraq, növbəti mərhələdə həkimlərin maarifləndirici-məlumatlandırıcı mövzularda mediada çıxışlarının daha da intensivləşdirilməsi, müəssisə kollektivlərinin və rəhbərlərinin sosial media aktivliyinin artırılması, istənilən kanallardan daxil olan müraciətlərə daha həssas yanışılması hədəflərimizdəndir. Hesab edirik ki, bununla da tibb işçilərinin nüfuzunun daha da yüksəldilməsinə, həyata keçirilən işlərin daha geniş kütləyə çatmasına və ictimaiyyətin maarifləndirmə faizinin artmasına nail ola bilərik”.

Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Qurbanov çıxış edərək bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində əməyin mühafizəsi qaydaları, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr ilə bağlı məlumatlandırma, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi, radiasiya təhlükəsizliyi istiqamətlərini əhatə edən yoxlamalar keçirilib. Bu günə kimi yoxlamalar, demək olar ki, TƏBİB-in bütün tabeli tibb müəssisələrində (Şəki-Zaqatala, Şəmkir-Tovuz, Qarabağ TƏB-ləri istisna olmaqla) baş tutub.

O.Qurbanov əksər xəstəxanalarda təhlükə potensiallı obyektlərdə 7/24 nəzarət təşkil edildiyini, eləcə də yanğınsöndürmə vasitələrinin mövcudluğunu qeyd edib.

Sonda çıxış edən V.Qurbanov 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vacib istiqamətlərə də toxunub:

“İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, vərəmlə mübarizənin daha da intensivləşdirilməsi, yeni yaradılmış Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyətinin, tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin düzgün təşkili, ağciyər xəstəliklərinin profilaktikası və müalicəsi üzrə bu sahədə tədbirlərin keyfiyyətinin yüksəldilməsi davam etdirilməlidir. Tərəfimizdən bütün istiqamətlər üzrə müasir çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Bu işlərdə hər birinizin dəstəyi lazımdır. Bizim əsas məqsədimizdən biri də beynəlxalq təcrübəyə malik olan, xaricdə yaşayan və çalışan həkimlərimizi ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlara cəlb edərək, onların təcrübələrindən faydalanmaqdır. Bilirsiniz ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan proqram çərçivəsində xaricdə təhsil alan həkimlərimiz xəstəxanalarımızda işlə təmin olunur, eyni zamanda onların beynəlxalq təcrübələri səhiyyə sistemimizin inkişafı üçün böyük fayda verir. Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza zəmin yaradacaqdır. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaqdır”, – TƏBİB-in İcraçı direktoru qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see177

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see156

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see124

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri