Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Həm bu müstəvidə, həm də Bakıda dünya liderlərinin iqlim dəyişmələrini hərtərəfli sərf-nəzər etdikləri COP29 kuluarlarında ekoloji problemlərin həlli yolları xüsusi aktuallıq kəsb edir.
İstər-istəməz düşünürsən ki, qədim zamanlardan müdriklər təbiətin nizamı ilə bağlı müşküllərə diqqəti cəlb edib, ətraf mühiti qorumağı tövsiyə ediblər.
Ulu fəlsəfəsi müdriklik dərsimiz olan Zərdüşt hələ bizim eradan əvvəl insan həyatı üçün ən zəruri olan dörd ünsürün – od, torpaq, hava və suyun adını çəkib.
Ədəbiyyat da dünyanın xilasını təbiətə sevgidə görüb və görür.
Bu baxımdan şeiriyyət insani hiss və həyəcanlara hər zaman daha gücü təsir edib. Təbiət mövzusu poetik prosesdə xüsusi ab-hava yaradıb.
Başqa sözlə, ədəbiyyatda təbiət həm nəfəs dərimi, həm də poetik mətləbin ifadə üsulu.
Bu kontekstdən yanaşanda zamanı XII əsr olsa da, bütün dövrlərin mütəfəkkir Nizami Gəncəvini təkcə şair kimi deyil, həm də təbiətşünas alim kimi xarakterizə edə bilərik.