Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır | Icma.az
525.az saytından alınan məlumata görə, Icma.az bildirir. Telman ORUCOV(Əvvəli ötən şənbə sayımızda) XVIII əsrin sonunda, 1789-cu ildə Fransa
İngiltərə kralı I Karlın 1649-cu ildəki edamından sonra, bu, Avropada taxt-tac sahibinin həmin qaydadakı ikinci məhv edilməsi idi.
Bundan 13 il əvvəl isə Böyük Britaniyanın Şimali Amerikadakı 13 koloniyası inqilab müharibəsinə başlayaraq, qalib gəldikdən sonra həmin koloniyaların daxil olduğu Amerika Birləşmiş Ştatları dövləti meydana gəldi.
Bani-ataların dahiyanə fəaliyyətləri hesabına bu yeni dövlətin idarəçiliyi demokratik metodlara əsaslanırdı, bu, yeni qitədə Afinanın və Qədim Romanın respublika quruculuğu təcrübəsindən istifadə edilməklə, iki min il sonra monarxiyanı bütünlüklə inkar edən, əsasən xalqın idarəetməsinə söykənən quruluş yaranmışdı.
Məhz amerikan inqilabının göstərdiyi böyük təsir nəticəsində Fransada inqilab baş vermiş, monarxiya bütünlüklə ləğv edilmişdi.
Fransız inqilabı onun bəhrələrini məhv edəcək bir insanı, gələcək imperator və Avropanın müharibələrlə diz çökməyə məcbur edən Napoleonu da həyata gətirmişdi.
Napoleon dövlət çevrilişi etməklə hakimiyyətə gəldikdən az sonra, 1804-cü ilin dekabrında özünü imperator elan etmişdi.
Sənaye inqilabı Avropa cəmiyyətinə güclü təsir göstərmişdi. Böyük Britaniya ilk dövlət idi ki, burada Sənaye inqilabı baş vermişdi.
Tam oxu
Xəbəri oxu