Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır

Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

XVIII əsrin sonunda, 1789-cu ildə Fransada inqilab baş verdi, az sonra kral XVI Lui və onun arvadı, kraliça Mariya-Antuanetta edam edildi. İngiltərə kralı I Karlın 1649-cu ildəki edamından sonra, bu, Avropada taxt-tac sahibinin həmin qaydadakı ikinci məhv edilməsi idi. Bundan 13 il əvvəl isə Böyük Britaniyanın Şimali Amerikadakı 13 koloniyası inqilab müharibəsinə başlayaraq, qalib gəldikdən sonra həmin koloniyaların daxil olduğu  Amerika Birləşmiş Ştatları dövləti meydana gəldi. Bani-ataların dahiyanə fəaliyyətləri hesabına bu yeni dövlətin idarəçiliyi demokratik metodlara əsaslanırdı, bu, yeni qitədə Afinanın və Qədim Romanın respublika quruculuğu təcrübəsindən istifadə edilməklə, iki min il sonra monarxiyanı bütünlüklə inkar edən, əsasən xalqın idarəetməsinə söykənən quruluş yaranmışdı.

Məhz amerikan inqilabının göstərdiyi böyük təsir nəticəsində Fransada inqilab baş vermiş, monarxiya bütünlüklə ləğv edilmişdi. Fransız inqilabı onun bəhrələrini məhv edəcək bir insanı, gələcək imperator və Avropanın müharibələrlə diz çökməyə məcbur edən Napoleonu da həyata gətirmişdi. Napoleon dövlət çevrilişi etməklə hakimiyyətə gəldikdən az sonra, 1804-cü ilin dekabrında özünü imperator elan etmişdi.

Sənaye inqilabı Avropa cəmiyyətinə güclü təsir göstərmişdi. Böyük Britaniya ilk dövlət idi ki, burada Sənaye inqilabı baş vermişdi. Bu inqilab yeni sənaye sistemini yaratmışdı. Böyük Britaniyadan Sənaye inqilabı bütün qitəyə və Birləşmiş Ştatlarına yayıldı. Əlbəttə, həmin ölkələrdə sənaye sistemi Böyük Britaniyadakından bir qədər fərqli idi.

Sənaye inqilabı sosial sahəyə də öz təsirini göstərdi, şəhər həyatı xeyli inkişaf etdi, sosial siniflər meydana gəldi. İnsan həyatı da dəyişikliklərə uğradı, yaşayış standartları da dəyişməli oldu. Sənaye erasında fəhlələrdən ibarət yeni sosial siniflər əmələ gəldi.

Sənaye müəssisələrində əmək daha dözülməz xarakter daşıyırdı. Mədənlərdə hətta azyaşlı uşaqlar da işləyirdi. Sənaye inqilabı həm də yeni istismar qaydalarını meydana gətirmişdi.

XIX əsr isə irtica, inqilab və öz romantizmi ilə fərqlənirdi. Napoleonun məğlubiyyətindən sonra 1815-ci ildə keçirilən Vyana Konqresinin məqsədi Avropada razılıq mühitini bərpa etmək idi. Taleyranın diplomatik bacarığı hesabına məğlub olmuş Fransa öz ərazilərini qoruyub saxlaya bildi.

Avropada ideologiyanın da dəyişilməsi baş verdi, liberalizm, millətçilik ideyaları yayılmağa başladı. Sonrakı illərdə də inqilab dalğası və islahatlar keçirmək cəhdləri azalmırdı. İrtica erasından fərqli olaraq inqilab həm də romantisizm əhvali-ruhiyyəsi yaratdı.

XIX əsrin üçüncü rübü Millətçilik və Realizm dövrü kimi tanınır. Fransada III Napoleon hakimiyyətə gəldi və iki onillik sonra prussiyalılara əsir düşməklə siyasi səhnədən biabırçılıqla getdi. Bu dövrdə İtaliyanın və Almaniyanın milli birləşməsi baş verdi, 1861-ci ildə İtaliya monarxiyası, on il sonra isə yeni mərkəzləşmiş Almaniya dövləti yarandı. Bu illərdə Avstriya imperiyası, Rusiya və Böyük Britaniya inkişaf edirdi. Sənayeləşməyə ideoloji əks cavab kimi Marksizm nəzəriyyəsi meydana gəldi. Realizm erasında elm və mədəniyyət güclü surətdə inkişaf edirdi.

XIX əsrin sonunda, XX əsrin başlanğıcında isə Modernləşmə, Qayğı çəkmə və İmperializm erası özünü göstərdi. İntellektual və Mədəni inkişaf modernizm şüuruna tərəf irəlilədi. Siyasətdə yeni istiqamətlər və yeni qeyri-müəyyənlik baş verdi. 1880-ci ildən sonra dünyadakı yeni imperializm Afrikaya və Asiyaya da öz güclü təsirini göstərdi. Minillər ərzində əvvəllər yaranan imperiyalar kimi yenilər də qanda meydana gəlirdi. Yeganə təsəlli ondadır ki, imperiyalar ona başçılıq edənlərin qanının tökülməsi ilə də öz mövcudluğuna son qoyurdu.

Daha çox torpaqlara sahib olmağa həsr olunan beynəlxalq rəqabət isə Avropada I Dünya müharibəsinin başlanmasına gətirib çıxardı. Müharibə Rusiyada Oktyabr inqilabının qələbəsinə də şərait yaratdı. Müharibənin 1918-ci ilin 11 noyabrında başa çatması, Avropaya arzu olunan dinclik gətirsə də, Rusiya Vətəndaş müharibəsinin əzablarını yaşamaqda davam edirdi.

1919-1939-cu illərdə, iki Dünya müharibəsi arasındakı dövrdə Avropa əbəs yerə stabillik axtarmaqla məşğul oldu.

Avropa iqtisadi və siyasi böhranın dərinləşməsi II Dünya müharibəsinə gətirib çıxardı. I Dünya müharibəsinin nəticəsi kimi Versal müqavləsi Almaniya üzərinə ağır təzminatı ödəməyi qoymaqla, orada revanşizm əhval-ruhiyyəsinin böyüməsinə şərait yaratmışdı. Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə isə 1933-1939-cu illər müharibənin prelyudiyası rolunu oynadı. Hitlerin xarici siyasətinin məqsədi yeni müharibə başlamaq axtarışlarından ibarət idi və o, öz mənfur niyyətinə nail olmağı bacardı. II Dünya müharibəsi, Avropada Hitler Almaniyasının və Asiyada militarist Yaponiyanın nəhəng əraziləri işğal etməsi və qanlı döyüşlərlə müşayiət olundu, həmin əraziləri işğalçılar vəhşilikdən xəbər verən qaydada idarə edirdilər. Nasist imperiyası meydana gəldi, nasist siyasətində Holokost adlanan Yeni Qayda görünməmiş dəhşətlərin baş verməsinə şərait yaratdı.

 Almaniyanın müharibəyə başlaması ilə Avropa xalqları da qanlı döyüşlərə cəlb olundu, iki il sonra isə Yaponiyanın ABŞ-nin Pyorl Harbor hərbi-dəniz bazasına hücumu ilə bu ölkə özü də, Birləşmiş Ştatlar da müharibənin fəal iştirakçılarına çevirdilər. Müharibə, Müttəfiq dövlətlərin və digər Avropa xalqlarının böyük haqq ödəməsinə səbəb oldu. Müharibədən sonrakı dövrdə Avropa, Müttəfiqlərin gözündə artıq fərqli görünürdü, bu fərqlilik isə Soyuq müharibənin meydana gəlməsinə səbəb oldu. ABŞ Qərbi Almaniyanın bərpasına böyük məbləğdə maliyyə resursları ayırdı, SSRİ isə Şərqi Avropa ölkələrində sosialist tipli dövlətləri yaratmaqla məşğul oldu. Sovet tarixçiləri Soyuq müharibənin bağlanmasını Uinston Çörçillin 1946-cı ilin martında Birləşmiş Ştatların Fulton şəhərindəki çıxışı ilə əlaqələndirsələr də, Qərb tarixçiləri, SSRİ-dəki ABŞ səfiri Corc Kennanın ondan əvvəlki ayda, 1946-cı ilin fevralında SSRİ-nin Qərbə təhlükə törətməsi barədə öz hökumətinə göndərdiyi böyük həcmdəki teleqramla əlaqələndirirlər. Soyuq müharibə həm də geniş qloballaşma ilə xarakterizə olundu, Koreya müharibəsi, Vyetnam müharibəsi baş verdi və bunlar Soyuq müharibənin eskalasiyasına səbəb oldu. Kubadakı raket böhranı da iki fövqəldövlət arasındakı münasibətləri gərginləşdirdi.

Afrikada isə istiqlaliyyət uğrunda mübarizə xeyli gücləndi və çox sayda keçmiş müstəmləkələr imperialist dövlətlərin boyunduruğundan azad olmaqla, öz milli müstəqil dövlətlərini yaratdılar. Yaxın Şərqdə İsrail dövlətinin yaranması ilə Fələstin məsələsi gərginliyin daha da artmasına səbəb oldu. Asiyada isə millətçilik və kommunizm öz qələbələrini bayram etdilər. Çin kimi iri dövlət kommunizmi idarəçiliyi altına keçdi. Qərbi Avropada isə Demokratiyanın və iqtisadiyyatın canlanması baş verdi. Fransa prezidenti general Şarl de Qoll Afrika böhranının həllində mühüm rol oynadı. Əlcəzair müstəqillik qazanması Fransada Vətəndaş müharibəsinin baş verməsi üçün qapını açmışdı. Şarl de Qoll 1958-ci ildə hakimiyyətə gələn kimi Dördüncü Respublika üçün yeni konstitusiya layihəsini təqdim etdi. O, Fransanı böyük dövlətə çevirməyə çalışırdı və onu NATO-nun tərkibindən çıxardı.

Lakin bu illərdə həm də Qərb dünyasında etirazlar və staqnasiya başlandı. ABŞ-da və Avropa ölkələrimizə müharibə əleyhinə hərəkat genişləndi. Sovet İttifaqının təsiri ilə Şərqi Avropada sosialist sisteminin möhkəmlənməsi Qərb dünyasının iki fərqli cəbhəyə bölünməsi ilə nəticələndi. Qərb ölkələrində həm də sosial və mədəni inkişaf baş verdi. Heç kəs dünya sosializm sisteminin süqutuna inanmasa da, Qərb, xüsusən ABŞ SSRİ-yə təzyiqini azaltmırdı. Prezident Reyqan Sovet İttifaqını "Şər imperiyası" adlandırırdı.

1985-ci ildən başlayaraq fövqəl dövlət olan SSRİ-də iqtisadi və sosial vəziyyət daha sürətlə ağırlaşmağa başladı, bu, az sonra, 1991-ci ildə sovet dövlətinin bir rejim kimi öz mövcudluğunu itirilməsi ilə nəticələndi. Şair İosif Brodski demişkən, ümidsizlikdə hər şey sadə görünür, iri dövləti ilə fəxr edən sovet adamları, öz əvvəlki inanclarını kəskin surətdə dəyişib, müstəqillik uğrunda mübarizlərə çevrildilər. Hamı müstəqilliyi Bibliyada təsvir edilən, qədim yəhudilərin bol süd və bal çayı axan və vəd edilən torpaq sayilan  vətənləri hesab etdikləri Kanaan timsalında görürdü. Lakin sosial vəziyyətin daha da ağırlaşması baş verdi, SSRİ-nin son illərindən qalan yoxsulluq mirası, iqtisadi əlaqələr də itirildiyindən daha geniş miqyas aldı. Ailələr ehtiyac girdabında boğulmağa başladı. Ermənistan ələ düşmüş fürsətdən Azərbaycana təcavüz etmək üçün istifadə etdi və bu vaxt işğal etdiyi ərazilərdən böyük maddi fayda götürəcəyinə bel bağlayırdı.  

      Öz rəqibinin sıradan çıxması ilə  və Qərb dünyasının təsiri nəticəsində Qloballaşma erası başlandı. Dünya Yeni Qərb qaydasına doğru dəyişməyə başladı, bu yolda Mixail Qorbaçovun SSRİ-də islahatlar keçirmək cəhdləri əks effekt verməklə, mövcud olan ikinci fövqəldövlətin məhv olması ilə nəticələndi. Soyuq müharibə də sona çatdı və yeni Dünya qaydası şəraitində həm də terrorizm erası sürət götürdü. Qərb mədəniyyəti geniş inkişaf yolu ilə irəliləməyə başladı. XX əsr, kinematoqrafiyanın inkişafında görünməmiş nailiyyətlərlə əlamətdar oldu. ABŞ  kinostudiyalarınin istehsal etdiyi filmlər bu ölkənin dünyanın kino mərkəzinə çevrilməsi ilə nəticələndi. Mədəni inkişafda yeni meyllər meydana gəldi. Dünya Rəqəmsal eraya qədəm qoydu. Ölkələr qlobal sivilizasiyaya doğru inkişaf etdi və bu proses həm də yeni çağırışlar və ümidlər yaratdı.

Bəşəriyyətin üzləşdiyi yeni mühüm təhlükə

Təbiətlə insanın qarşılıqlı münasibəti mürəkkəbdir, insan təbiətin özünəməxsus idarəetmə qanunlarına riayət etməyəndə, onları pozmağa cəhd edəndə ağır surətdə cəzalanır. XX əsrdən başlayaraq dünyanın inkişaf etmiş dövlətlərində sənayenin sürətli və geniş inkişafı insanların ehtiyacının ödənilməsində mühüm rol oynasa da, təbiətə də ağır ziyan vurmamış qalmamışdı. Əslində, dövlətlər əvvəllər mövcud olan və dayanıqlı xarakter daşıyan nisbi harmoniyanın ciddi surətdə pozulması yolunu tutdu və bu təhlükəli qərarın həyata keçirilməsinin davamı təbiət tərəfindən daha böyük cəzalanma perspektivindən xəbər verir.

İnsanın təbiəti özünə tabe etməsi əvvəlki tək nisbi deyil, mütləq xarakter almağa başlayanda, o, öz hərəkətindən əziyyət çəkməyə başlayır və təbiət insanın yaşadığı şəraiti rahatlıqdan uzaqlaşdıran kimi ağır hökmünü verməkdə də gecikmir. Sənayenin inkişafı bütün dövlətlərin tərəqqisi üçün mühüm şərt rolunu oynayır, lakin bu vaxt təbiətə vurulan ziyan nəzərə alınmadıqda, planet gözləmədiyi xoş olmayan cəza ilə üzləşməli olur.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see172

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see124

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see124

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see118

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see117

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see117

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see117

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see116

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see116

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see115

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see115

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see113

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri