Təbii balı necə ayırd edə bilərik? | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Satışda olan balların təbii olub-olmamasını ayırd etmək çətindir.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, marketlərdə satılan ballar arasında təbii olmayanları görmək olur.
"Ən azından təbii balda müəyyən bulanıqlıq olmalıdır. Təbii bal şüşə kimi şəffaf olmur.
Balın tərkibində olan mikroelementlər, bəzi zülallar onun azca bulanıq olmasına səbəb olur.
Bazarlardakı balın təbii olub-olmamasını bilmək üçün araşdırma aparılmalıdır.
Media işçiləri bu mövzuda monitorinq apara, müxtəlif yerlərdən aldıqları balları ekspertizaya təqdim edə bilərlər.
Bu yolla bazardakı balın nə qədər təbii olduğunu bilmək olar”.
Tam oxu
Xəbəri oxu