Icma.az
close
up
RU
Təbii balı necə ayırd edə bilərik?

Təbii balı necə ayırd edə bilərik?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Satışda olan balların təbii olub-olmamasını ayırd etmək çətindir.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, marketlərdə satılan ballar arasında təbii olmayanları görmək olur.

"Ən azından təbii balda müəyyən bulanıqlıq olmalıdır. Təbii bal şüşə kimi şəffaf olmur. Balın tərkibində olan mikroelementlər, bəzi zülallar onun azca bulanıq olmasına səbəb olur. Bazarlardakı balın təbii olub-olmamasını bilmək üçün araşdırma aparılmalıdır. Media işçiləri bu mövzuda monitorinq apara, müxtəlif yerlərdən aldıqları balları ekspertizaya təqdim edə bilərlər. Bu yolla bazardakı balın nə qədər təbii olduğunu bilmək olar”.

Bədrəddin Həsrətov bildirib ki, bənzər addım Arıçılar Assosiasiyası tərəfindən də atılıb:

“3 nümunə alaraq analiz üçün göndərdik. Nəticədə nümunələrdən 2-i standarta uyğun gəlmədi, digəri qismən uyğun gəldi. Yəni bunu yoxlamaq üçün məhsulları laboratoriyadan keçirmək lazımdır”.

Sədr qeyd edib ki, ölkəmizdə təmiz bal istehsalı daha çoxdur:

“Mən daim arıçılarla bir yerdəyəm, onların sayı çoxluq təşkil edir. Yəqin ki, həmin arıçılar ballarını tez zamanda satdıqda sonra bazarda boşluq yaranır və fırıldaqçılar bundan istifadə edir. Qeyd edim ki, Azərbaycanda hər il arıçılıqda artım gedir. 5-6 il əvvəl 350-400 min aralığında arı ailəsi var idi, indi bu say 750-800 min arasında dəyişir. Keçən il ölkəmizdə 8 min ton bal istehsal etmişik. Demək olar ki, bazarı tam təmin etmək mümkündür. Arıçılar camiasında olanlar fərqli insanlar. İçərimizə qatılan bəzi şəxslər ümumi sektorun adına da xələl gətirirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri