Təbii fəlakətlərin ziyan vurduğu meşələr necə bərpa olunur? Zaqataladan reportaj AZƏRTAC |…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zaqatala, 16 dekabr, AZƏRTAC Yaz-yay aylarında meşə və dağlıq ərazilərdə baş verən yanğınlar on hektarlarla yaşıllıqların məhvinə səbəb olur.
Bununla yanaşı, təbii fəlakətlər və qasırğalar nəticəsində də ekologiyaya xeyli ziyan dəyir.
AZƏRTAC-ın əməkdaşı xəbər verir ki, şimal-qərb bölgəsinə daxil olan Zaqatala və Balakən rayonlarında bu ilin yaz-yay aylarında sel daşqınları, qasırğalar ekologiyaya xeyli ziyan vurub.
Bəs ekoloji tarazlığı bərpa etmək üçün müvafiq qurumlar tərəfindən hansı tədbirlər görülür?Əməkdaşımız üç il əvvəl Zaqatalanın yüksək dağlıq ərazilərində baş verən yanğın sahələrində, eləcə də qasırğa nəticəsində ciddi ziyan dəyən ərazilərdə olub, həyata keçirilən meşə bərpa işləri ilə maraqlanıb.
Yanğın və təbii fəlakətlərin baş verməsi gözlənilməz olduğundan onun qarşısının alınması da olduqca çətin və uzun vaxt tələb edir.
Bir neçə il əvvəl Zaqatalada yüksək dağlıq ərazidə yanğının söndürülməsi bir həftə davam etmişdi.
Müvafiq qurumlarla yanaşı, yerli sakinlər də bu təbii fəlakətin aradan qaldırılmasına könüllü qatılmışdı.
Tam oxu
Xəbəri oxu