Icma.az
close
up
RU
Təbii fəlakətlərin ziyan vurduğu meşələr necə bərpa olunur? Zaqataladan reportaj AZƏRTAC

Təbii fəlakətlərin ziyan vurduğu meşələr necə bərpa olunur? Zaqataladan reportaj AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqatala, 16 dekabr, AZƏRTAC

Yaz-yay aylarında meşə və dağlıq ərazilərdə baş verən yanğınlar on hektarlarla yaşıllıqların məhvinə səbəb olur. Bununla yanaşı, təbii fəlakətlər və qasırğalar nəticəsində də ekologiyaya xeyli ziyan dəyir.

AZƏRTAC-ın əməkdaşı xəbər verir ki, şimal-qərb bölgəsinə daxil olan Zaqatala və Balakən rayonlarında bu ilin yaz-yay aylarında sel daşqınları, qasırğalar ekologiyaya xeyli ziyan vurub. Bəs ekoloji tarazlığı bərpa etmək üçün müvafiq qurumlar tərəfindən hansı tədbirlər görülür?

Əməkdaşımız üç il əvvəl Zaqatalanın yüksək dağlıq ərazilərində baş verən yanğın sahələrində, eləcə də qasırğa nəticəsində ciddi ziyan dəyən ərazilərdə olub, həyata keçirilən meşə bərpa işləri ilə maraqlanıb.

Yanğın və təbii fəlakətlərin baş verməsi gözlənilməz olduğundan onun qarşısının alınması da olduqca çətin və uzun vaxt tələb edir. Bir neçə il əvvəl Zaqatalada yüksək dağlıq ərazidə yanğının söndürülməsi bir həftə davam etmişdi. Müvafiq qurumlarla yanaşı, yerli sakinlər də bu təbii fəlakətin aradan qaldırılmasına könüllü qatılmışdı.

Bu ilin yaz-yay aylarında isə rayonun Əliabad ərazisində leysan, dolu ilə müşayət olunun tufan və qasırğa təsərrüfatlara xeyli zərər vurmuş, hətta uzun illərin əkin sahələrini yararsız vəziyyətə salmışdı.

8 saylı Regional Meşə Bərpa Mərkəzinin direktor əvəzi Həbib Poladovun sözlərinə görə, bu ilin iyun ayında güclü tufan-qasırğa nəticəsində Əliabad meşə fondu sahələrində müxtəlif növ ağaclar kökündən aşmış, əraziyə ciddi ziyan dəymişdi.

“Aşan ağaclar mərkəzin əməkdaşları tərəfindən ardıcıllıqla qeydiyyata alınıb və oduncaq ehtiyatı hesablanıb. Həmin oduncaq rayonda olan məktəblərə, baxçalara, təhsil müəssisələrinə, tibb mərkəzlərinə, ehtiyacı olan şəhid ailələrinə, qazilərə və əhaliyə tərəfimizdən dəyəri əvvəldən ödənilmək şərti ilə verilir” - deyən Həbib Poladov əlavə edib ki, yaxın vaxtlarda yıxılmış, aşmış bu ağaclar götürüldükdən sonra həmin ərazilərdə yeni meşə sahələrinin, əkinlərin aparılması nəzərdə tutulur.

Direktor əvəzi bildirib ki, noyabr ayında “Dünya ağac günü” ilə əlaqədar rayonun Qanıx çayı vadisində yerləşən meşə zolağında 3 hektara yaxın yeni meşəlik salınıb, ətrafı mühafizə olunub.

Rayonda, eləcə də bölgədə ekoloji tarazlığın bərpasında xüsusi tingliklərin təşkili və onların fəaliyyətinin tənzimlənməsi daim nəzarətdə saxlanılır. Bu işdə tingçilik təsərrüfatlarının rolu danılmazdır. Mütəxəssislər bildirirlər ki, hazırda tinglik təsərrüfatında yaz-yay aylarında səpilən toxumlardan yetişən tinglərin yeri dəyişdirilir, yaxşı inkişaf etməsi, böyüməsi üçün geniş əraziyə əkilir. Əvvəlki illərin tingləri isə sahələrə, meşə zolaqlarına köçürülməsi üçün çıxarılaraq hazır vəziyyətə gətirilir.

Bu barədə bizə regional mərkəzin əkin mühəndisi Elçin Gözəlov məlumat verib: “Yaz mövsümündə 22 hektar ərazidə 84 minə yaxın müxtəlif cins ağac tingləri əkmişik. Hazırda payız əkin kampaniyası davam edir. Noyabrın 1-dən indiyədək 29 hektar sahədə 70 minə yaxın meşə cinslərindən ibarət tinglər əkilib. 17,5 hektar sahədə 1900-ə yaxın palıd toxumu səpini aparılıb. Bununla yanaşı, seyrək meşə hissələrində, xırda talalarda 90 hektar sahədə meşə bərpa işləri aparılıb”.

Elçin Gözəlov yaz əkini üçün də indidən işlərin görüldüyünü, tinglərin yetişdirildiyini diqqətə çatdırıb. Bildirib ki, gücləndirilmiş tədbirlər nəticəsində son iki ildə rayon ərazisinin meşə və dağlıq ərazilərində heç bir yanğın hadisəsi qeydə alınmayıb. Qarşıdakı aylarda da meşə zolaqlarında təbii fəlakətin yaratdığı fəsadlar aradan qaldırılacaq və həmin zolaqlarda iqlimə uyğun tinglər əkiləcək.

Yeri gəlmişkən, Zaqatala və Balakən rayonlarında yol kənarlarında, həmçinin park və xiyabanlarda salınan yaşıllıqlar, əkilən tinglər bu təsərrüfatda yetişdirilir və ödənişsiz olaraq təmin edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri