Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Yemişan bir çox vitamin (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s.
faydalı maddələrlə zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir.
Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Saglamolun.az bildirir ki, yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır.
Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.
Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.