Icma.az
close
up
RU
Təbii ürək dərmanı YEMİŞAN

Təbii ürək dərmanı YEMİŞAN

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.

Yemişan bir çox vitamin (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.

Saglamolun.az bildirir ki, yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.

Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.

Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.

Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.

Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.

Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.

Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir.

Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki  maddələrdən təmizləyir.

Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək olar, çay kimi dəmləmək olar.

Nəzərinizə çatdıraq ki, yemişanı normadan artıq qəbul etmək olmaz. Bu arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. Günlük norma - 100-150 qr təzə meyvə (quru meyvəni daha az miqdarda qəbul etmək olar).

Yemişan çayı

1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.

Yemişan dəmləməsi

7 xörək qaşığı quru giləmeyvəni 2 l-lik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see386

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see361

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see336

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see256

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see248

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see241

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see231

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see188

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see179

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri