Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ağ Ev xəbərdarlıq edilmədən terrorçulara qarşı hava hücumlarına icazə verib”.
KONKRET.az xəbər verir ki, bu barədə “Military Times” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası yüksək rütbəli hərbçilərin Ağ Evin icazəsi olmadan rəsmi terrorçu kimi təyin edilmiş hədəflərə hava zərbələri endirmək qərarını təsdiqləyib.
Mənbənin sözlərinə görə, bu addım terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün zəruri idi.
Adının çəkilməsini istəməyən Müdafiə Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası hərbi komandanlığın fəaliyyət azadlığını “həddindən artıq” məhdudlaşdırıb ki, bu da terror təhdidlərinə ləng cavab verilməsinə səbəb olub.
Portal qeyd edir ki, ABŞ-ın aviazərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılması hərbçilərin Meksika ilə sərhədə göndərilməsi və Tramp administrasiyasının terrorizmlə mübarizə səylərinin ümumi intensivləşməsi fonunda baş verir.
Bir sıra narkotik kartellərinin xarici terror təşkilatları kimi tanınması yeni qaydalar hərbi komandanlığa onlara zərbələr endirməyə imkan verəcək.