TƏCİLİ: Ağ Ev hücum əmri verdi: “İcazəsiz vura bilərsiz!” KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ağ Ev xəbərdarlıq edilmədən terrorçulara qarşı hava hücumlarına icazə verib”.
KONKRET.az xəbər verir ki, bu barədə “Military Times” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası yüksək rütbəli hərbçilərin Ağ Evin icazəsi olmadan rəsmi terrorçu kimi təyin edilmiş hədəflərə hava zərbələri endirmək qərarını təsdiqləyib.
Mənbənin sözlərinə görə, bu addım terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün zəruri idi.
Adının çəkilməsini istəməyən Müdafiə Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası hərbi komandanlığın fəaliyyət azadlığını “həddindən artıq” məhdudlaşdırıb ki, bu da terror təhdidlərinə ləng cavab verilməsinə səbəb olub.
Portal qeyd edir ki, ABŞ-ın aviazərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılması hərbçilərin Meksika ilə sərhədə göndərilməsi və Tramp administrasiyasının terrorizmlə mübarizə səylərinin ümumi intensivləşməsi fonunda baş verir. Bir sıra narkotik kartellərinin xarici terror təşkilatları kimi tanınması yeni qaydalar hərbi komandanlığa onlara zərbələr endirməyə imkan verəcək.
Pentaqon bu yeniliklərlə bağlı rəsmi açıqlama yaymayıb.
Ancaq ABŞ müdafiə departamentinin rəhbəri Pit Heqset Tramp administrasiyasının hava hücumları və xüsusi əməliyyatlar üçün qaydaları yumşaltması ilə bağlı təsdiqedici şərh yazıb və “Military Times” buna istinad edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 04 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















