Icma.az bildirir, Baku.ws portalına istinadən.
Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yollarının, eləcə də kənddə fəaliyyət göstərən məktəb və bağçanın binalarının vəziyyətinin acınacaqlı olduğunu bildiriblər.
Sakinlər iddia edirlər ki, hər üç məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də, onların şikayətlərinə baxılmayıb.
"Təcili yardım çağırırıq, yola görə gəlmir. Yağış, qar yağanda durumumuz daha da pis olur.
Uşaq bağçamız, məktəbimiz pis vəziyyətdədir. Betonların hamısı bir saniyənin içində uşaqların başına tökülə bilər.
Məktəbdə istilik yoxdur, uçub-dağılır. Burada nə xəstəlik desən tapmaq olar" - deyə, şikayətçilər narazılıqlarını ifadə ediblər.