Təcili yardım da gələ bilmir: Zərdab kəndində yol problemi
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yollarının, eləcə də kənddə fəaliyyət göstərən məktəb və bağçanın binalarının vəziyyətinin acınacaqlı olduğunu bildiriblər.
Sakinlər iddia edirlər ki, hər üç məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də, onların şikayətlərinə baxılmayıb.
"Təcili yardım çağırırıq, yola görə gəlmir. Yağış, qar yağanda durumumuz daha da pis olur.
Uşaq bağçamız, məktəbimiz pis vəziyyətdədir. Betonların hamısı bir saniyənin içində uşaqların başına tökülə bilər.
Məktəbdə istilik yoxdur, uçub-dağılır. Burada nə xəstəlik desən tapmaq olar" - deyə, şikayətçilər narazılıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:Kürdəmirin Çərtəyəz kəndində yol problemi: “Hamilə qadına görə təcili yardım çağırdıq gəlmədi“
13 Noyabr 2025 15:02
Zərdab sakini həmyerlisini bıçaqladı
20 Avqust 2025 21:32
Kəndə təcili yardım gələ bilmir Saatlı sakinlərinin kabusuna çevrilən yollar
18 Dekabr 2025 08:54
Təcili yardım maşınına “təcili yardım” VİDEO
21 Fevral 2025 11:58
Zərdab seçiciləri YAPın namizədlərini dəstəkləyəcəklər
13 Yanvar 2025 15:59
Baxış sayı:97
Bu xəbər 03 Fevral 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















