Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. "Noyabrın 6-da saat 15 radələrində Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəti
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Onlardan avtomobilin sürücüsü olan 1980-ci il təvəllüdlü şəxsə (kişi cinsi) döş qəfəsi və bel nahiyəsinin əzilməsi, 1983-cü il təvəllüdlü tibb bacısı və 1988-ci il təvəllüdlü feldşerə (qadın cinsli) isə qapalı kəllə-beyin travması diaqnozları təyin olunub.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Hazırda stasionar şəraitdə müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.