Təcili yardım maşını qəzaya uğradı: Xəsarət alanların SON DURUMU açıqlandı Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Noyabrın 6-da saat 15 radələrində Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 təcili tibbi yardım personalı Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Onlardan avtomobilin sürücüsü olan 1980-ci il təvəllüdlü şəxsə (kişi cinsi) döş qəfəsi və bel nahiyəsinin əzilməsi, 1983-cü il təvəllüdlü tibb bacısı və 1988-ci il təvəllüdlü feldşerə (qadın cinsli) isə qapalı kəllə-beyin travması diaqnozları təyin olunub.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda stasionar şəraitdə müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Noyabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















