Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib.
Paralel olaraq Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib.
Rusiyaya qarşı 19-cu sanksiya paketinin təsdiq olunması ilə Trampla Putin arasında görüşün ləğv olunması arasında əlaqə ola bilərmi?
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, son məlumatlara əsasən, ABŞ Prezidentinin NATO baş katibi ilə son görüşündə də təsdiqlədiyi kimi, Budapeştdə nəzərdə tutulmuş Tramp və Putin arasında təklif olunan görüş ABŞ tərəfindən ləğv edilib.
"Görüşlə bağlı bildirilib ki, mövcud vəziyyət və Rusiya-ABŞ danışıqlarının nəticəsiz qalması səbəbindən görüşün keçirilməsinə ehtiyac duyulmayıb.
Paralel olaraq Rusiyaya qarşı 19-cu sanksiyalar paketi də qüvvəyə minib.
Ümumiyyətlə, bu görüş keçirilməmişdən əvvəl də müsahibələrimdə qeyd etmişdim ki, Budapeşt görüşünün baş tutması sual altındadır və bu görüşün müsbət nəticə verəcəyi gözlənilmir.