Icma.az
close
up
RU
Təəssüf ki, Rusiya Ukrayna münaqişəsinin sonu görünmür Tural Gəncəliyev

Təəssüf ki, Rusiya Ukrayna münaqişəsinin sonu görünmür Tural Gəncəliyev

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib. Paralel olaraq Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib.

Rusiyaya qarşı 19-cu sanksiya paketinin təsdiq olunması ilə Trampla Putin arasında görüşün ləğv olunması arasında əlaqə ola bilərmi?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, son məlumatlara əsasən, ABŞ Prezidentinin NATO baş katibi ilə son görüşündə də təsdiqlədiyi kimi, Budapeştdə nəzərdə tutulmuş Tramp və Putin arasında təklif olunan görüş ABŞ tərəfindən ləğv edilib.

"Görüşlə bağlı bildirilib ki, mövcud vəziyyət və Rusiya-ABŞ danışıqlarının nəticəsiz qalması səbəbindən görüşün keçirilməsinə ehtiyac duyulmayıb. Paralel olaraq Rusiyaya qarşı 19-cu sanksiyalar paketi də qüvvəyə minib. Ümumiyyətlə, bu görüş keçirilməmişdən əvvəl də müsahibələrimdə qeyd etmişdim ki, Budapeşt görüşünün baş tutması sual altındadır və bu görüşün müsbət nəticə verəcəyi gözlənilmir. Bunun əsas səbəbi tərəflər arasında dərin fikir ayrılıqlarının mövcud olmasıdır. Nə Ukrayna tərəfi öz müttəfiqləri, Avropa İttifaqı və NATO-nun dəstəyi ilə geri çəkilmək niyyətindədir, nə də Rusiya tərəfi. Çünki geri addım atan tərəf faktiki olaraq məğlub vəziyyətinə düşmüş kimi görünəcək. Şahmat termini ilə desək, “suqsvanq” vəziyyəti yaranıb, yəni hər bir geri addım, artıq uçuruma doğru atılan addım kimi dəyərləndirilir. Buna görə də hər iki tərəf yalnız qələbə qazanmaq barədə düşünür ki, bu da müharibənin daha da qızışacağına və eskalasiyanın artacağına işarədir".

Deputat qeyd etdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi məhz Budapeşt görüşünün baş tutmaması ilə bağlıdır:

"Görünən odur ki, Trampın və ABŞ dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrovla son telefon danışığında da tərəflər arasında razılıq əldə edilməyib. Nəticədə görüş ləğv olunub və sanksiyalar qüvvəyə minib. Cavab olaraq Rusiya nüvə triadasının təlimlərini keçirib ki, bu da eskalasiyanı daha da dərinləşdirən addım kimi qiymətləndirilir. Təəssüf ki, Rusiya–Ukrayna münaqişəsində, daha doğrusu Rusiya–NATO qarşıdurmasında yaxın perspektivdə tənzimlənmə və ya münaqişənin sonu görünmür. Bu kontekstdə NATO üzvlərinin ümumdaxili məhsullarının 5%-ni NATO büdcəsinə ayırması istiqamətində ABŞ-nin təzyiqləri də artır. Bu, Ukraynanın yeni silahlarla təchiz olunmasının və Rusiyaya qarşı daha sərt addımların atılmasının gözlənildiyinə işarə edir. Düzdür, hazırda ABŞ tərəfindən Ukraynaya 2500 km mənzilli "Tomahawk" qanadlı raketlərinin verilməsi açıq şəkildə elan edilməsə də, daha qısa mənzilli "Storm Shadow" və ATACMS raketlərinin artırılması məsələsi gündəmdədir".

Müsahibimizin fikrincə, "Tomahawk" raketlərinin Ukraynaya verilməsi yaxın vaxtlarda reallaşa bilər.

"Son günlər Rusiya və Ukrayna arasında enerji infrastrukturuna qarşı endirilən zərbələr də göstərir ki, tərəflər qış mövsümünə doğru bir-birinə daha çox zərbə vurmağa, xüsusilə enerji obyektlərini, atom və su elektrik stansiyalarını sıradan çıxarmağa çalışır. Məqsəd qarşı tərəfi qış dövründə çətin vəziyyətə salaraq təslim olmağa məcbur etməkdir. Buna görə də yaxın zamanda münaqişənin tənzimlənməsi ilə bağlı ümidverici bir perspektiv görünmür", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri