Təhdidə təhdidlə cavab verdi

07.09.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pentaqon rəhbəri Pit Heqsetin təhdidinə təhdidlə cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

Spiker bildirib ki, İranın neft-qaz hasilatı zənciri geniş və açıq hədəfdir. Bununla belə, o, bölgə sularında və obyektlərində fəaliyyət göstərən ABŞ neft-qaz şirkətlərinin də eyni dərəcədə müdafiəsiz olduğunu vurğulayıb:

“Hər şey çox sadədir. Buradakı neft və qaz hasilatı zənciri geniş, əlçatan və açıq hədəfdir. Bu sularda və obyektlərdə fəaliyyət göstərən bütün ABŞ neft və qaz şirkətləri də eyni təhlükə ilə üz-üzədir. Bizim obyektlərimizə zərbə endirsəniz, cavabınızı alacaqsınız. Biz bunu artıq sübut etmişik. İstifadəyə yararsız olan bazalarınızın nümunəsində bunu görə bilərsiniz”.

Xatırladaq ki, ötən gün ABŞ-nin müharibə naziri Pit Heqset İrana açıq xəbərdarlıq edərək, amerikalı hərbçilərə hücumlar davam edəcəyi təqdirdə ölkənin bütün neft tankerlərini məhv edəcəkləri ilə hədələmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью