Təhdidə təhdidlə cavab verdi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pentaqon rəhbəri Pit Heqsetin təhdidinə təhdidlə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Spiker bildirib ki, İranın neft-qaz hasilatı zənciri geniş və açıq hədəfdir. Bununla belə, o, bölgə sularında və obyektlərində fəaliyyət göstərən ABŞ neft-qaz şirkətlərinin də eyni dərəcədə müdafiəsiz olduğunu vurğulayıb:
“Hər şey çox sadədir. Buradakı neft və qaz hasilatı zənciri geniş, əlçatan və açıq hədəfdir. Bu sularda və obyektlərdə fəaliyyət göstərən bütün ABŞ neft və qaz şirkətləri də eyni təhlükə ilə üz-üzədir. Bizim obyektlərimizə zərbə endirsəniz, cavabınızı alacaqsınız. Biz bunu artıq sübut etmişik. İstifadəyə yararsız olan bazalarınızın nümunəsində bunu görə bilərsiniz”.
Xatırladaq ki, ötən gün ABŞ-nin müharibə naziri Pit Heqset İrana açıq xəbərdarlıq edərək, amerikalı hərbçilərə hücumlar davam edəcəyi təqdirdə ölkənin bütün neft tankerlərini məhv edəcəkləri ilə hədələmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Sentyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















