Təhlükəli xaos: Tramp Ukrayna ilə bağlı qərarları detallarını bilmədən verir | Icma.az
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının fəaliyyətini faktiki olaraq zəiflədib və xarici siyasət qərarlarını peşəkar ekspertiza olmadan, dar çevrədəki yaxın adamlarının məsləhətləri ilə qəbul edir.
Bildirilir ki, Tramp Ukrayna müharibəsi də daxil olmaqla ən mühüm xarici siyasət məsələlərini yalnız bir neçə yaxın məsləhətçisinə həvalə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" məlumatlı mənbələrə istinadən məlumat verib.
Bu dairəyə daşınmaz əmlak maqnatı Stiv Vitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident Ceyms Devid Vens, təcrübəsiz müdafiə naziri Pit Hegset, eləcə də Trampın kürəkəni Cared Kuşner daxildir.
Məsələn, Trampın “ən yaxşı saziş bağlayan” adamları hesab etdiyi Vitkoff və Kuşner Ukrayna və Rusiya üçün hazırlanan 28 bəndlik uğursuz “sülh planı” üzərində birlikdə işləyiblər.
Mənbələrin sözlərinə görə, Tramp bu müxtəlif qrupun görüşlərini öz istəyi ilə çağırır, iclaslar mütəmadi keçirilmir və qərarlar çox tez verilir.
Qrupda adi dövlət strukturlarına xas olan heç bir aydın idarəetmə mexanizmi yoxdur — yeganə “qaydadır” ki, son sözü Tramp deyir.
Tam oxu
Xəbəri oxu