Icma.az
close
up
RU
Təhlükəli xaos: Tramp Ukrayna ilə bağlı qərarları detallarını bilmədən verir

Təhlükəli xaos: Tramp Ukrayna ilə bağlı qərarları detallarını bilmədən verir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının fəaliyyətini faktiki olaraq zəiflədib və xarici siyasət qərarlarını peşəkar ekspertiza olmadan, dar çevrədəki yaxın adamlarının məsləhətləri ilə qəbul edir. Bildirilir ki, Tramp Ukrayna müharibəsi də daxil olmaqla ən mühüm xarici siyasət məsələlərini yalnız bir neçə yaxın məsləhətçisinə həvalə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" məlumatlı mənbələrə istinadən məlumat verib.

Bu dairəyə daşınmaz əmlak maqnatı Stiv Vitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident Ceyms Devid Vens, təcrübəsiz müdafiə naziri Pit Hegset, eləcə də Trampın kürəkəni Cared Kuşner daxildir. Məsələn, Trampın “ən yaxşı saziş bağlayan” adamları hesab etdiyi Vitkoff və Kuşner Ukrayna və Rusiya üçün hazırlanan 28 bəndlik uğursuz “sülh planı” üzərində birlikdə işləyiblər.

Mənbələrin sözlərinə görə, Tramp bu müxtəlif qrupun görüşlərini öz istəyi ilə çağırır, iclaslar mütəmadi keçirilmir və qərarlar çox tez verilir. Qrupda adi dövlət strukturlarına xas olan heç bir aydın idarəetmə mexanizmi yoxdur — yeganə “qaydadır” ki, son sözü Tramp deyir.

Keçmiş rəsmilərdən biri: “Tramp sülh sazişləri və onların gətirəcəyi imic qazancları ilə maraqlanır, detallara isə o qədər diqqət yetirmir”, - deyə bildirib.

Ekspertlər xəbərdarlıq edir ki, prezidentin dostlarının dövlət aparatını kənara qoyaraq danışıqlar aparması ciddi uyğunsuzluq yaradır. Məsələn, son aylarda Ukrayna müharibəsi üzrə paralel danışıqlar xəttləri yaranıb: ruslarla Vitkoff və Kuşner, ukraynalılarla Kit Kelloq, avropalılarla əsasən Rubio danışıblar.

Keçmiş ABŞ rəsmisi Riçard Haas: “Bir neçə şəxsin müstəqil şəkildə danışıqlar aparması çox təhlükəlidir. Danışıqları tək bir şəxs koordinasiya etməlidir”, - deyib.

"Politico" yazır ki, Tramp komandası bu il Milli Təhlükəsizlik Şurasının bir sıra komitələrini ləğv etməklə bürokratik aparatın böyük hissəsini azaldıb. Prezidentin dövlət institutlarına ümumi etimadsızlığı ilə birlikdə bu vəziyyət onun qərarları mütəxəssislərlə məsləhətləşmədən qəbul etməsinə gətirib çıxarır.

Keçmiş NSC rəsmisi: “28 bəndlik planı Ukraynanın heç vaxt qəbul etməyəcəyini ekspertlər dərhal anlayardı. Amma Tramp və ətrafı buna əhəmiyyət vermir — onlar sadəcə Ukraynanı buna məcbur etmək istəyirlər”, - deyib.

Keçmiş NATO-nun ABŞ-dakı səfiri İvo Daalders də hesab edir ki, Ukrayna müharibəsini bitirmək cəhdlərindəki xaos məhz düzgün siyasət hazırlığı və koordinasiya prosesinin olmamasından qaynaqlanır.

"The Times" üçün yazan analitik Metyu Sayed də Trampın diplomatiyasını tənqid edərək bildirir ki, onun dövründə ABŞ xarici siyasəti milli strategiya xüsusiyyətlərini itirib və şəxsi maraqlar üçün vasitəyə çevrilib. O, Vyetnam, BƏƏ və Səudiyyə Ərəbistanına tətbiq olunan tariflərin yaxın çevrənin biznes sövdələşmələrindən sonra yumşaldılmasını buna misal göstərir.

Sayed Trampın ətrafındakı atmosferi “şəxsiyyət kultu” adlandırır və xəbərdarlıq edir ki, belə davranış Avropadakı həmrəyliyi zəiflədir, radikal millətçiləri gücləndirir və Ukraynaya dəstəyi riskə atır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Dekabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri