Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "İnsan duyğularını dərk etdiyi andan yaşadığı hər bir hekayə onun həyatına təsir edə bilər".
Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib.
Onun sözlərinə görə, uşaqlıq zamanımızdan yaşadığımız hər bir hekayə, cəmiyyətdən və ailədən aldığımız yaşanmışlıqlar hər birimizə fərqli şəkildə təsir edir: "Uşaqlar evində dünyaya gələn uşaqların hər biri yaşadığı hekayələrdən eyni dərəcədə təsirlənmir və ya məktəbdə, universitetdə hər kəs dərsi eyni şəkildə qavramır.
Həyatın yaşatdıqları hər birimizə fərqli şəkildə təsir edir, bu səbəbdən bəzi insanlar yaşadığı ağrılardan, acılardan yaxşı nəticə çıxarıb doğru şəkildə özünü formalaşdırmağa çalışır, yaşadıqlarının nəticəsində özündən yeni bir öz yaradır, kimiləri isə bu ağrılardan təsirlənib daha aqressiv, sərt formalaşır və həyata daha başqa baxır.
İçimizdəki acını basdıraraq deyil, ondan pay çıxararaq, "mənə nələr öyrətdi"-deyə düşünərək addımlamalıyıq”.
Nabat Mirzəyeva ailədə və cəmiyyətdə yaşadıqlarımızın önünə keçmək olmadığını qeyd edib: “Biz heç bir insana deyə bilmərik ki, mənə travma ötürmə.
Bizə daim travma yaşadan insanlara fikrimizi insani bir şəkildə bildirərək onlardan uzaqlaşa bilərik.
Ətrafımızdakı insanlara travma yaşatmaqdansa, onlara insan kimi yanaşmağı seçməliyik.