Icma.az
close
up
RU
Təhqirə, alçaltmaya yol verməməliyik AYDINLIQ GƏTİRİLDİ

Təhqirə, alçaltmaya yol verməməliyik AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"İnsan duyğularını dərk etdiyi andan yaşadığı hər bir hekayə onun həyatına təsir edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib.

Onun sözlərinə görə, uşaqlıq zamanımızdan yaşadığımız hər bir hekayə, cəmiyyətdən və ailədən aldığımız yaşanmışlıqlar hər birimizə fərqli şəkildə təsir edir: "Uşaqlar evində dünyaya gələn uşaqların hər biri yaşadığı hekayələrdən eyni dərəcədə təsirlənmir və ya məktəbdə, universitetdə hər kəs dərsi eyni şəkildə qavramır. Həyatın yaşatdıqları hər birimizə fərqli şəkildə təsir edir, bu səbəbdən bəzi insanlar yaşadığı ağrılardan, acılardan yaxşı nəticə çıxarıb doğru şəkildə özünü formalaşdırmağa çalışır, yaşadıqlarının nəticəsində özündən yeni bir öz yaradır, kimiləri isə bu ağrılardan təsirlənib daha aqressiv, sərt formalaşır və həyata daha başqa baxır. İçimizdəki acını basdıraraq deyil, ondan pay çıxararaq, "mənə nələr öyrətdi"-deyə düşünərək addımlamalıyıq”.

Nabat Mirzəyeva ailədə və cəmiyyətdə yaşadıqlarımızın önünə keçmək olmadığını qeyd edib: “Biz heç bir insana deyə bilmərik ki, mənə travma ötürmə. Bizə daim travma yaşadan insanlara fikrimizi insani bir şəkildə bildirərək onlardan uzaqlaşa bilərik. Ətrafımızdakı insanlara travma yaşatmaqdansa, onlara insan kimi yanaşmağı seçməliyik. Bilə bilmərik ki, sərt davrandığımız, acı danışdığımız insan ordan ayrıldıqdan sonra özünü necə hiss edə bilər, kimisi bundan təsirlənib qəzəbə, aqressiyaya bürünə bilər, hətta kimisi öz canına qıymağı düşünə bilər. Qarşımızdakı insanlara gücümüz yetdiyi qədər anlayışlı olmağa çalışmalıyıq. Əgər anlayış göstərməyimizə baxmayaraq bunun qarşılığını almırıqsa, fikir və düşüncələrimizi bildirib ordan uzaqlaşmalıyıq, təhqirə, alçaltmaya yol verməməliyik. Biz bilə bilmərik ki, kim hansı hiss və duyğulardan keçir. Sərt davrandığımız insanın o anda psixoloji problemlərinin olduğunun fərqinə varmarıq və o gedəndən sonra özünə zərər yetirə bilər. Ona görə hər nə yaşasaq da belə, biz özümüzlə danışmaqdan qaçmamalı və duyğularımıza nəzər yetirməliyik. İnsan hekayələrdən ibarətdir”.

Ayaz Zeynalzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri