Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ayətullah Xamnəi müdafiə sənayesi işçiləri ilə bugünkü görüş zaman İranın hərbi strategiyası üçün yenilik sayıla biləcək cümlələr işlədib”.Reyting.az xəbər verir ki, bunu “Facebook” hesabında iranşünas-yazar Əziz Rzazadə bildirib.O əlavə edib: “Xamnəi bildirib: “Tərəqqi dayanmamalı və biz arxayın olmamalıyıq.
Fərz edək ki, bir gün raketlərin dəqiqliyi ilə bağlı özümüzə bir limit qoyduq, amma indi hiss edirik ki, bu limit kifayət deyil!
Deməli, irəli getməliyik. Yaradıcılıq və yenilik üçün heç bir məhdudiyyət yoxdur.
Yenilik lazımdır!”Bir neçə il əvvəlki çıxışında o, ballistik raketlər üçün şəxsən limit müəyyənləşdirdiyini demişdi – 2000 km.Sitatı lap dəqiq tarixlə xatırladım: 14 iyun 2021-ci il:“Sursat istehsalına gəlincə...
indi uzaqmənzilli ballistik raketimizin hədəf məsafəsi 2000 km-dir və dedim ki, 2000 km, halbuki 4-5000 km olmasını istəyirdilər, mən icazə vermədim, qarşısını aldım və dedim ki, hələlik 2000 km-dən çox olmasın”.2024-də Xamnəinin hərbi müşaviri, “Sepah” generalı Yəhya Rəhim Səfəvi “sirr boxçası”nı açmışdı: “Strateji dərinliyimiz 5000 km-dir!”Deməli, ballistik raketlərin hədəf məsafəsi artacaq, əvvəlcə 4-5000, sonra...Bəlkə, qitələrarası oldu?”“Reyting”ə açıqlamasında Ə.
Rzazadə deyilənlərə əlavə olaraq qeyd edib: “Ayətullah Xamnəinin fevralın 12-də səsləndirdiyi bəyanat artıq İran daxilində və xaricində geniş müzakirə olunur.
Onun sözləri Tehranın ballistik raket proqramında yeni mərhələ kimi səciyyələndirilir.