Icma.az
close
up
RU
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır Bəs nüvə necə olacaq?

Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır Bəs nüvə necə olacaq?

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Ayətullah Xamnəi müdafiə sənayesi işçiləri ilə bugünkü görüş zaman İranın hərbi strategiyası üçün yenilik sayıla biləcək cümlələr işlədib”.
Reyting.az
xəbər verir ki, bunu “Facebook” hesabında iranşünas-yazar Əziz Rzazadə bildirib.
O əlavə edib:
“Xamnəi bildirib: “Tərəqqi dayanmamalı və biz arxayın olmamalıyıq. Fərz edək ki, bir gün raketlərin dəqiqliyi ilə bağlı özümüzə bir limit qoyduq, amma indi hiss edirik ki, bu limit kifayət deyil! Deməli, irəli getməliyik. Yaradıcılıq və yenilik üçün heç bir məhdudiyyət yoxdur. Yenilik lazımdır!”
Bir neçə il əvvəlki çıxışında o, ballistik raketlər üçün şəxsən limit müəyyənləşdirdiyini demişdi – 2000 km.
Sitatı lap dəqiq tarixlə xatırladım: 14 iyun 2021-ci il:
“Sursat istehsalına gəlincə... indi uzaqmənzilli ballistik raketimizin hədəf məsafəsi 2000 km-dir və dedim ki, 2000 km, halbuki 4-5000 km olmasını istəyirdilər, mən icazə vermədim, qarşısını aldım və dedim ki, hələlik 2000 km-dən çox olmasın”.
2024-də Xamnəinin hərbi müşaviri, “Sepah” generalı Yəhya Rəhim Səfəvi “sirr boxçası”nı açmışdı: “Strateji dərinliyimiz 5000 km-dir!”
Deməli, ballistik raketlərin hədəf məsafəsi artacaq, əvvəlcə 4-5000, sonra...
Bəlkə, qitələrarası oldu?”
“Reyting”ə açıqlamasında Ə. Rzazadə deyilənlərə əlavə olaraq qeyd edib:
“Ayətullah Xamnəinin fevralın 12-də səsləndirdiyi bəyanat artıq İran daxilində və xaricində geniş müzakirə olunur. Onun sözləri Tehranın ballistik raket proqramında yeni mərhələ kimi səciyyələndirilir.
İranın nüvə proqramıtək bu proqram da Qərbdə, xüsusən, ABŞ-da diqqətlə izlənilir və onun dinc xarakteri şübhəyə alınır. Halbuki 2010-cu il dekabrın 12-də İranın Ali lideri nüvə silahı əleyhinə fətva verib.
Sənəddə deyilir: “Fikrimizcə, kimyəvi və bioloji silahlar kimi, digər kütləvi qırğın, o cümlədən nüvə silahları da bəşəriyyətə qarşı yeni təhlükədir. Biz bu silahlardan istifadəni haram hesab edirik”.
Bu fətva həmin dövrdə “Nüvə Silahının Yayılmaması” mövzusunda keçirilən birinci beynəlxalq konfransa göndərilən məktubda da qeyd olunub və sonradan BMT-də rəsmi qeydiyyata alınıb.
Bununla belə, Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində və sonra, yəni indi ABŞ administrasiyasının maksimum təzyiq siyasətinin yenidən qüvvəyə mindiyi vaxtda İranın özündə nüvə silahına dair fətvanın ləğvinə çağırışlar səslənir. Hətta bu günlərdə “The Telegraph” qəzeti “məlumatlı İran rəsmilərinə istinadla” yazıb ki, “Sepah”ın bir sıra yüksək səviyyəli komandirləri Ali dini lideri nüvə silahı istehsalını qadağan edən fətvasını ləğv etməyə çağırıblar”. Güman ki, barmaqdan sovurma məlumatdır, amma sosial şəbəkədə sıravi vətəndaşların “atom bombasının fitilini yandırmağa” çağırışları səngimir.
Üstəlik, 2024-cü ildə İran parlamentinin 39 üzvü Ali Milli Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda İslam Respublikasının müdafiə doktrinasını yenidən nəzərdən keçirməyi xahiş edib. Bundan da betər odur ki, Xamnəinin strateji müşavirlərindən biri olan Kamal Xərrazi İranın nüvə doktrinasının dəyişdirilməsinin mümkünlüyünü dilə gətirib”.
İranşünas-yazar vurğulayıb ki, Donald Trampın İrandan istədiyi yeganə şey nüvə silahının olmamasıdır:
“Bölgənin bir dövləti kimi, Azərbaycanın da milli maraqları dinc nüvə proqramından kənara çıxmayan siyasətdir. Yaşadığımız regionda adından asılı olmayaraq, heç bir ölkənin kütləvi qırğın silahına malik olmasını, əlbəttə, istəməzdik. Amma təzyiq həmişə əks-təzyiq doğurur. Bir dövlət digərinin başından maksimum basmazdan əvvəl bu düşüncəsinin hansı səbəbdən doğmasını əsaslandırmalıdır. Tehrana münasibətdə isə həmin düşüncə, yəni maksimum təzyiq siyasəti üçün heç bir əsas yoxdur, daha doğrusu, qərəzlidir”.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri