Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
“İran ətrafında baş verən hər hansı bir gərginlik və yaxud da son vaxtlar daha çox dünya gündəmini məşğul edən, Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Cənubi Qafqaz regionunu, xüsusilə də Azərbaycanı avtomatik olaraq risk zonasına çevirir”.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu, bir çox sahələrdə Azərbaycana öz təsirini göstərə bilər:
“Müharibə olduğu təqdirdə ABŞ -İsrail birliyi, regionda logistik və siyasi dəstək kanalları axtaracaq və bu istiqamətdə Azərbaycandan da yardım istənilə bilər. Əlbəttə ki, müharibə böyüyərsə, Rusiyanın müdaxiləsi də istisna edilməməlidir. Rusiya İranın zəifləməsini istəmir və fürsətdən istifadə edib Cənubi Qafqaza təsirini artırmağa çalışacaq”.
Ekspert qeyd edib ki, İranla Cənubi Qafqazda ən uzun sərhəddə malik və qohumluq əlaqələri olan Azərbaycana qarşı, İranın parçalanmasının qarşısını almaq bəhanəsi ilə, Rusiyanın hansısa formada müdaxilələri ola bilər:
“Turkiyə artıq indidən balanslı siyasət yürüdür və heç bir halda hərbi və digər müdaxilələrə dəstək vermir. Moskva beynəlxalq hüquqa əsasən hərəkət edir. Əlbəttə ki bu məsələdə,Azərbaycan üçün balansı qoruyub saxlamaq mühüm əhəmiyyət kəsb edir və İranın həssas nöqtələrindən biri də Azərbaycanın bu situasiyadakı mövqeyi ilə bağlıdır”.
Süleyman