Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
“İran ətrafında baş verən hər hansı bir gərginlik və yaxud da son vaxtlar daha çox dünya gündəmini məşğul edən, Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Cənubi Qafqaz regionunu, xüsusilə də Azərbaycanı avtomatik olaraq risk zonasına çevirir”.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu, bir çox sahələrdə Azərbaycana öz təsirini göstərə bilər:
“Müharibə olduğu təqdirdə ABŞ -İsrail birliyi, regionda logistik və siyasi dəstək kanalları axtaracaq və bu istiqamətdə Azərbaycandan da yardım istənilə bilər. Əlbəttə ki, müharibə böyüyərsə, Rusiyanın müdaxiləsi də istisna edilməməlidir. Rusiya İranın zəifləməsini istəmir və fürsətdən istifadə edib Cənubi Qafqaza təsirini artırmağa çalışacaq”.
Ekspert qeyd edib ki, İranla Cənubi Qafqazda ən uzun sərhəddə malik və qohumluq əlaqələri olan Azərbaycana qarşı, İranın parçalanmasının qarşısını almaq bəhanəsi ilə, Rusiyanın hansısa formada müdaxilələri ola bilər:
“Turkiyə artıq indidən balanslı siyasət yürüdür və heç bir halda hərbi və digər müdaxilələrə dəstək vermir. Moskva beynəlxalq hüquqa əsasən hərəkət edir. Əlbəttə ki bu məsələdə,Azərbaycan üçün balansı qoruyub saxlamaq mühüm əhəmiyyət kəsb edir və İranın həssas nöqtələrindən biri də Azərbaycanın bu situasiyadakı mövqeyi ilə bağlıdır”.
Süleyman
Bu mövzuda digər xəbərlər:İranın nüvə proqramı inadı: Tehrana qarşı növbəti hərbi əməliyyatlar başlaya bilər
06 Oktyabr 2025 17:22
Azərbaycanı qlobal güclər arasında uğurlu balanslaşdırıcı aktora çevirir POLİTOLOQ DANIŞDI
12 Yanvar 2026 14:44
Bakıda keçirilən əməliyyatlar: Azərbaycanı hansı ölkə hədəf seçib? Gizlinlər
11 Dekabr 2024 16:00
“Tehrana qarşı hərbi variantları istisna etmirik”
28 Yanvar 2026 22:20
Baxış sayı:100
Bu xəbər 29 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















