Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov təhrif olunmuş Azərbaycan hərb və silah tarixinin gerçəkləri ilə bağlı danışıb.
O bildirib ki, sosial şəbəkələrdə azərbaycanlılar silahsız xalq kimi təqdim olunur: "Sovetlər Azərbaycanı zəif xalq kimi təqdim edib.
Sovet dövründə Azərbaycan hərb tarixi susdurulub. Uzun Həsən hakimiyyəti, Babək üsyanı Azərbaycan silah tarixi barədə çox faktları sübut edi
Azərbaycanda cəngəvərlik sosial institut kimi mövcud olub. Cəngəvərlik Avropadan əvvəl Azərbaycanda vardı".
Onun sözlərinə görə, tarixi mənbələrdə Azərbaycan silahı kölgədə qalıb, hərb gücü qlobal tarixdən kənarda saxlanılıb.
S.Əhmədov Bizans imperiyasının Azərbaycan torpaqlarına davamlı yürüşlərinin, qılınc gücü ilə qurulan Azərbaycan dövlətlərinin unudulmasının səbəblərinə, "Qırxlar təpəsi"ndə tapılan döyüşçünün hansı tarixi dəyişdirməsinə, həmçinin Azərbaycan silah tarixinin kimlərin göstərişi ilə gizlədildiyi və silinməsinə, eləcə də "Kitabi Dədə Qorqud"da qara donlu kafirlərin kimlər olduğuna aydınlıq gətirib.