Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri Qərbi Azərbaycan Xronikası
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov təhrif olunmuş Azərbaycan hərb və silah tarixinin gerçəkləri ilə bağlı danışıb.
O bildirib ki, sosial şəbəkələrdə azərbaycanlılar silahsız xalq kimi təqdim olunur: "Sovetlər Azərbaycanı zəif xalq kimi təqdim edib. Sovet dövründə Azərbaycan hərb tarixi susdurulub. Uzun Həsən hakimiyyəti, Babək üsyanı Azərbaycan silah tarixi barədə çox faktları sübut edir. Azərbaycanda cəngəvərlik sosial institut kimi mövcud olub. Cəngəvərlik Avropadan əvvəl Azərbaycanda vardı".
Onun sözlərinə görə, tarixi mənbələrdə Azərbaycan silahı kölgədə qalıb, hərb gücü qlobal tarixdən kənarda saxlanılıb.
S.Əhmədov Bizans imperiyasının Azərbaycan torpaqlarına davamlı yürüşlərinin, qılınc gücü ilə qurulan Azərbaycan dövlətlərinin unudulmasının səbəblərinə, "Qırxlar təpəsi"ndə tapılan döyüşçünün hansı tarixi dəyişdirməsinə, həmçinin Azərbaycan silah tarixinin kimlərin göstərişi ilə gizlədildiyi və silinməsinə, eləcə də "Kitabi Dədə Qorqud"da qara donlu kafirlərin kimlər olduğuna aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















