Təhsil işi repetitor hesabına aparılır, nazir avtobus problemindən danışır AÇIQLAMA | Icma…
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. “Son illər Təhsil Nazirliyinin layihələr mərkəzi olduğunu görürük.
Bu gün Elm və Təhsil Nazirliyinin struktur bölmələrindən tutmuş regional idarəetmə orqanlarına qədər bərbad haldadır.
Təhsildə hara baxsaq, layihə, təlim, imtahanları görürük. İndi də “Məktəblinin avtobusu” layihəsi gündəmə gətirilib.
Bu o qədər də böyük bir şey deyil, dünyanın hər yerində, o cümlədən Azərbaycanda özəl məktəblərdə tətbiq olunur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib:“Təhsil naziri Emin Əmrullayev ortaya yeni layihələr atıb, ictimai fikri əsl təhsil problemlərindən yayındırmağa çalışır.
Avtobusun təmiri, yanacağı, texniki qulluğu, sürücüsü nəyin hesabına başa gələcək?Nazir bütün bunların valideyn, yoxsa nazirlik hesabına başa gələcəyini açıqlamalıdır”.O bildirib ki,məktəblərdə avtobusun olması xidmət növlərindən biridir, kosmosda yenilik tapmaq deyil:“Başqa ölkələrdə bu valideyn icması tərəfindən həll edilir.
Ölkəmizdə məktəb şurası, dövlət ictimai əsaslarla təhsil idarəetməsi yoxdur.
O zaman bu avtobuslar hansı vəsait hesabına alınacaq, sürücülər necə seçiləcək, onlara əmək haqqını kim verəcək?Reallıq bundan ibarətdir ki, bu gün nazir bütün KİV-in gözü önündə olimpiadanın pulsuz keçirilə bilməyəcəyindən danışır.
Tam oxu
Xəbəri oxu