Icma.az
close
up
RU
Təhsil işi repetitor hesabına aparılır, nazir avtobus problemindən danışır AÇIQLAMA

Təhsil işi repetitor hesabına aparılır, nazir avtobus problemindən danışır AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Son illər Təhsil Nazirliyinin layihələr mərkəzi olduğunu görürük. Bu gün Elm və Təhsil Nazirliyinin struktur bölmələrindən tutmuş regional idarəetmə orqanlarına qədər bərbad haldadır. Təhsildə hara baxsaq, layihə, təlim, imtahanları görürük. İndi də “Məktəblinin avtobusu” layihəsi gündəmə gətirilib. Bu o qədər də böyük bir şey deyil, dünyanın hər yerində, o cümlədən Azərbaycanda özəl məktəblərdə tətbiq olunur”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib:
“Təhsil naziri Emin Əmrullayev ortaya yeni layihələr atıb, ictimai fikri əsl təhsil problemlərindən yayındırmağa çalışır. Avtobusun təmiri, yanacağı, texniki qulluğu, sürücüsü nəyin hesabına başa gələcək?Nazir bütün bunların valideyn, yoxsa nazirlik hesabına başa gələcəyini açıqlamalıdır”.
O bildirib ki,məktəblərdə avtobusun olması xidmət növlərindən biridir, kosmosda yenilik tapmaq deyil:
“Başqa ölkələrdə bu valideyn icması tərəfindən həll edilir. Ölkəmizdə məktəb şurası, dövlət ictimai əsaslarla təhsil idarəetməsi yoxdur. O zaman bu avtobuslar hansı vəsait hesabına alınacaq, sürücülər necə seçiləcək, onlara əmək haqqını kim verəcək?Reallıq bundan ibarətdir ki, bu gün nazir bütün KİV-in gözü önündə olimpiadanın pulsuz keçirilə bilməyəcəyindən danışır. Məktəblərə proqram qurulub ki, “Kenquru” layihəsinə görə 20 manat ödənilməlidir və ödənişi edə bilməyən müəllim, direktor vəsaiti əmək haqqından ödəməlidir. Ölkənin naziri müəllimi valideyndən pul toplamağa məcbur edir. “Məktəblinin avtobusu” adlı layihə də yeni pul yığmağın bir növü olub, olmamasını görəcəyik. Sizin sayt vasitəsilə Elm və Təhsil Nazirliyinə tövsiyə edirəm ki, ölkənin vəziyyətini faciəvi haldan qurtarsınlar. Bəlkə təhsil adamı sistemə gətirilsə, vəziyyət düzələ bilər. Məktəblərdə təlim-tərbiyə sistemi dağılıb, təhsil işi repetitor hesabına aparılır, amma nazir avtobus problemindən danışır”.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri