Avtosfer saytına istinadən Icma.az xəbər verir. Son günlər sosial şəbəkələrdə yayılan bir video ictimai müzakirələrə səbəb olub.
Videoda Azərbaycan Memarlıq və İnşaat Universitetinin qarşısında 99-FH-335 dövlət nömrəli “Mercedes” markalı avtomobili idarə edən şəxsin nəqliyyat vasitəsində musiqinin səsini artıraraq ətrafda narahatlıq yaratdığı əks olunub.
Xüsusilə tədris zamanı bu səsin universitetdə dərs prosesinə mane ola bilir.
Hadisə cəmiyyət arasında səs-küy mədəniyyəti, ictimai məsuliyyət və təhsil mühitinin qorunması ilə bağlı sualları yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a bildirib ki, insanlar nə səs siqnallarını, nə də musiqini başqasına mane olacaq səviyyədə istifadə etməməlidirlər: “Belə şeylər mədəniyyət məsələləridir.
Bu səbəbdən səsə görə cərimə tətbiq etmək və ya universitetlərin, tədris ocaqlarının yanında səs salmaq məsələsi mübahisəlidir.
Universitetin yanında səs salmaq olmazsa, univermağın qarşısında səs salmaq olarmı? Ən yaxşısı odur ki, bu, bir mədəniyyətə çevrilsin.
Bunun üçün də yalnız bağçalardan başlayaraq ibtidai sinifi bitirənədək, yəni 6-cı sinfə qədər bu mövzu ciddi şəkildə dərsliklərə salınmalıdır.