Təhsil müəssisələri yaxınlığında səs küy salmağa görə cərimə tətbiq edilməlidir? Ekoloqdan AÇIQLAMA
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə yayılan bir video ictimai müzakirələrə səbəb olub. Videoda Azərbaycan Memarlıq və İnşaat Universitetinin qarşısında 99-FH-335 dövlət nömrəli “Mercedes” markalı avtomobili idarə edən şəxsin nəqliyyat vasitəsində musiqinin səsini artıraraq ətrafda narahatlıq yaratdığı əks olunub. Xüsusilə tədris zamanı bu səsin universitetdə dərs prosesinə mane ola bilir. Hadisə cəmiyyət arasında səs-küy mədəniyyəti, ictimai məsuliyyət və təhsil mühitinin qorunması ilə bağlı sualları yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a bildirib ki, insanlar nə səs siqnallarını, nə də musiqini başqasına mane olacaq səviyyədə istifadə etməməlidirlər:
“Belə şeylər mədəniyyət məsələləridir. Bu səbəbdən səsə görə cərimə tətbiq etmək və ya universitetlərin, tədris ocaqlarının yanında səs salmaq məsələsi mübahisəlidir. Universitetin yanında səs salmaq olmazsa, univermağın qarşısında səs salmaq olarmı? Ən yaxşısı odur ki, bu, bir mədəniyyətə çevrilsin. Bunun üçün də yalnız bağçalardan başlayaraq ibtidai sinifi bitirənədək, yəni 6-cı sinfə qədər bu mövzu ciddi şəkildə dərsliklərə salınmalıdır. İbtidai siniflərlə bağlı yeni qanun layihəsi qəbul olunmalıdır. Orada bunların hamısı öz təsbitini tapmalıdır. 10 il, maksimum 15 il ərzində artıq bu mədəniyyət formalaşacaq. Necə ki, biz Baltikyanı ölkələrdə, Avropada və bir çox başqa yerlərdə insanların səs-küy salmadığını görürük, eləcə də burada belə olacaq. Yoxsa başqa cür mümkün deyil”.
Ekoloq deyib ki, hazırkı problemin qarşısını almaq üçün məsələni mədəniyyətə çevirməyi təbliğ etməliyik:
“Səs ekosistemə istər-istəməz təsir edə bilər. Yəni hər hansı bir səs nəyəsə təsir edir. Amma bu o demək deyil ki, buna görə cərimə tətbiq olunmalıdır. Mən buna bir az qarşıyam. Yəni səs-küyə qarşı Tanrı bizim qulağımıza elə bir mexanizm qurub ki, təbii olaraq biz müəyyən dərəcədə səsdən məhv olmuruq. Eləcə də bir çox canlılar bəzi səslərdən məhv olmur. Meşələr, ağaclar da bir çox səslərdən məhv olmur”.
Nurcan Babək
Oxunub 24
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















