Təhsil tələbə krediti üçün xərclənən məbləğ AÇIQLANDI | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Hər il minlərlə tələbə təhsil haqqını ödəmək üçün Tələbə Kredit Fonduna üz tutur.
Hazırda bəzi tələbələrin ən çox maraqlandığı məsələlərdən biri də müraciətlərin hansı tarixdən başlayacağı və bu il fonda nə qədər vəsaitin ayrılacağı ilə bağlıdır.
Bəs Tələbə Krediti Fonduna müraciətlər nə vaxtdan başlayıb və 2025-ci il üçün fond tərəfindən ayrılan ümumi məbləğ nə qədərdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Təhsil Tələbə Krediti Fondunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova bildirib ki, tələbə kreditinə müraciət dövrü semestrin sonuna qədər davam edəcək: “Təhsil Tələbə Krediti Fonduna 2025-2026-cı tədris ili üzrə müraciət dövrü 24 iyul tarixindən açıq elan olunmuşdur.
Müraciət dövrü semestrin sonuna qədər davam edəcək. Hazırda ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeyd
Bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər (I kursa qəbul olanlar) e-ttkf edu.az portala müraciət dövrü 28 avqust - 08 sentyabr ara
Digər kurslarda oxuyanların müraciət dövrü semestrin sonuna qədər davam edəcəkdir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər təhsil qeydiyyat proseslərini portal.edu.az üzərindən tamamlayarkən, paralel olaraq Fonda məxsus e-ttkf.edu.az portalına müraciət edərək təhsil tələbə kreditlərinə müraciət edə bilərlər”.Onun sözlərinə görə, Tələbə Krediti Fondu 2021-ci ildən fəaliyyət göstərir və ötən tədris ilində 19,6 milyon manat kredit verib: “Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə cənab Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır.
Tam oxu
Xəbəri oxu