Icma.az
close
up
RU
Təhsil tələbə krediti üçün xərclənən məbləğ AÇIQLANDI

Təhsil tələbə krediti üçün xərclənən məbləğ AÇIQLANDI

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Hər il minlərlə tələbə təhsil haqqını ödəmək üçün Tələbə Kredit Fonduna üz tutur.

Hazırda bəzi tələbələrin ən çox maraqlandığı məsələlərdən biri də müraciətlərin hansı tarixdən başlayacağı və bu il fonda nə qədər vəsaitin ayrılacağı ilə bağlıdır.

Bəs Tələbə Krediti Fonduna müraciətlər nə vaxtdan başlayıb və 2025-ci il üçün fond tərəfindən ayrılan ümumi məbləğ nə qədərdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Təhsil Tələbə Krediti Fondunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova bildirib ki, tələbə kreditinə müraciət dövrü semestrin sonuna qədər davam edəcək:

“Təhsil Tələbə Krediti Fonduna 2025-2026-cı tədris ili üzrə müraciət dövrü 24 iyul tarixindən açıq elan olunmuşdur. Müraciət dövrü semestrin sonuna qədər davam edəcək.

Hazırda ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyat prosesi dövrüdür. Bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər (I kursa qəbul olanlar) e-ttkf edu.az portala müraciət dövrü 28 avqust - 08 sentyabr aralığıdır. Digər kurslarda oxuyanların müraciət dövrü semestrin sonuna qədər davam edəcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər təhsil qeydiyyat proseslərini portal.edu.az üzərindən tamamlayarkən, paralel olaraq Fonda məxsus e-ttkf.edu.az portalına müraciət edərək təhsil tələbə kreditlərinə müraciət edə bilərlər”.Onun sözlərinə görə, Tələbə Krediti Fondu 2021-ci ildən fəaliyyət göstərir və ötən tədris ilində 19,6 milyon manat kredit verib:

“Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə cənab Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fond qeyri-kommersiya qurumu olaraq özündə gəlir və mənfəət düşüncəsi formalaşdırmır.

Qeyd etmək lazımdır ki, Fonda dövlət tərəfindən kifayət qədər maliyyə dəstəyi göstərilir. Müraciətlərin sayından asılı olmayaraq, əyani və ödənişli əsaslarla təhsil alan və kreditdən faydalanmaq üçün müəyyən olunmuş şərtlərə cavab verən bütün namizədlərə limit tətbiq olunmadan təhsil krediti ayrılır və müvafiq vəsait birbaşa təhsil müəssisələrinin hesabına köçürülür.

Məlumat üçün bildirmək istərdik ki, 2024-cü təqvim ili ərzində 18 898 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmiş və bunun müqabilində 17,5 milyon manat vəsait təhsil müəssisələrinə köçürülmüşdür.Tədris ili kimi baxsaq, ötən tədris ilində 2024/2025-ci tədris ili üzrə isə 20 695 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmiş və bunun əsasında 19,6 milyon manat məbləğində vəsait təhsil müəssisələrinin hesabına köçürülmüşdür”.

Mütəxəssis bildirib ki, 2025/2026 tədris ilində isə 4 milyon manat təhsil krediti təhsil müəssisələrinə köçürülüb:

“Cari ilin, yəni 2025-ci təqvim ilinin ötən dövrü ərzində isə 15 433 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmiş və 15,7 milyon manat vəsait təhsil müəssisələrinə köçürülmüşdür.

Eyni zamanda, 2025/2026-cı tədris ili üzrə bu günə qədər artıq 4 362 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmiş və bunun müqabilində 4 milyon manat məbləğində vəsait müvafiq təhsil müəssisələrinə köçürülmüşdür”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri