Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illər Azərbaycanda ali təhsil almaq üçün xarici ölkələrə üz tutan abituriyentlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Gənclərin xaricdə təhsilə marağının artması təkcə qlobal təhsil imkanlarına çıxışla bağlı deyil, həm də yerli təhsil sisteminin müəyyən çatışmazlıqları, əmək bazarındakı qeyri-müəyyənliklər və beynəlxalq diplomların verdiyi üstünlüklərlə bağlıdır.
Xaricdə təhsilin təşviqi həm də dövlət siyasətinin bir hissəsinə çevrilib.
Xüsusilə son illərdə həyata keçirilən dövlət proqramları vasitəsilə müəyyən ixtisaslar üzrə təhsil almağa göndərilən gənclərdən ölkəyə qayıdaraq milli inkişafa töhfə vermələri gözlənilir.
Lakin bu yanaşmanın effektivliyi, “beyin axını”nın qarşısının alınıb-alınmaması və ölkəyə dönüş zamanı tələbələrin qarşılaşdığı çətinliklər kimi məsələlər hələ də aktuallığını qoruyur.
Modern.az məsələ ilə bağlı elm və təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrənib.
O bildirib ki, “Strategiya”da beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasını hədəfləyib.