Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Təhsil üçün xaricə gedənlər niyə geri qayıtmır...

Təhsil üçün xaricə gedənlər niyə geri qayıtmır...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər Azərbaycanda ali təhsil almaq üçün xarici ölkələrə üz tutan abituriyentlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Gənclərin xaricdə təhsilə marağının artması təkcə qlobal təhsil imkanlarına çıxışla bağlı deyil, həm də yerli təhsil sisteminin müəyyən çatışmazlıqları, əmək bazarındakı qeyri-müəyyənliklər və beynəlxalq diplomların verdiyi üstünlüklərlə bağlıdır. 

Xaricdə təhsilin təşviqi həm də dövlət siyasətinin bir hissəsinə çevrilib. Xüsusilə son illərdə həyata keçirilən dövlət proqramları vasitəsilə müəyyən ixtisaslar üzrə təhsil almağa göndərilən gənclərdən ölkəyə qayıdaraq milli inkişafa töhfə vermələri gözlənilir. Lakin bu yanaşmanın effektivliyi, “beyin axını”nın qarşısının alınıb-alınmaması və ölkəyə dönüş zamanı tələbələrin qarşılaşdığı çətinliklər kimi məsələlər hələ də aktuallığını qoruyur.

Modern.az məsələ ilə bağlı elm və təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrənib.

O bildirib ki, “Strategiya”da beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasını hədəfləyib. Bu illər ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub:

“Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub”.

Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühim amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb. Bu, insan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşının Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanması deməkdir. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.

Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi. Dövlət Proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühim əhəmiyyətə malikdir. Etiraf etməliyik ki, sözügedən sahədə heç də bütün işlərimiz lazımınca və ürəyimizcə olmayıb. Hətta bir arada müəyyən məhdudiyyətlər qoyulması səbəbindən təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik, ölkəmizdən kənarda azərbaycanlı tələbələrin təhsilinin bərpa olunması barədə müxtəlif fikirlər səsləndirildi.Yəni, elə etməliyik ki, xaricə oxumağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etmiş olsun. Gənclərin bir çoxu əsasən, yaşamaq və çalışmaq üçün digər ölkələrə üstünlük verirlər. Çox zaman təhsil aldıqdan sonra olduqları ölkədə qalıb çalışır, Azərbaycana qayıtmaq istəmirlər. Qısacası, bu “beyin axınının” sonu heç də yaxşı görünmür. Hər halda bunun səbəbi o gənclərlə bağlı deyil. Orada təhsil alan bir gənc elə orada iş tapıb işləyə bilirsə, niyə gəlib Azərbaycanda işsiz oturmalıdır ki?..

Bu baxımdan ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir. 2019-2023-cü illər üçün nəzərdə tutulan xaricdə təhsil üzrə dövlət proqramı əsas 2 istiqaməti əhatə edib: “Azərbaycan və dünyanın ali təhsil müəssisələri arasında ikili diplom üzrə əməkdaşlıq proqramlarının yaradılması və Xaricdə doktorantura təhsil pilləsi üzrə tələbələrin maliyyələşdirilməsi. Yəni, artıq xaricdə təhsil üzrə dövlət proqramı daha çox elmi tədqiqat işlərinə töhfə verən milli kadrların yetişdirilməsinə fokuslanıb. Bundan əlavə, yeni proqramın spesifik tərəfi ondan ibarətdir ki, namizədlərin qəbul olduqları ali təhsil müəssisələri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmalıdır”.

Müsahibimizin sözlərinə görə, "Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək:

“Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür. Əsas məsələlərdən biri də odur ki, gənclər təhsillərini bitirib ölkəyə qayıtdıqda, dövlət onlara lazımi imkan və şəraiti yaratsın, maaşların artırılmasını nəzarətdə saxlasın.

2022 və 2026-cı illər ərzində dövlət başçısının sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyyəsində təhsil almaq üçün xaricə göndəriləcək. Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək. Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir: “Halbuki, bir vaxtlar müxtəlif ölkələrdə təhsil almağın ucuzluğunu əsas gətirən insanların xaricə kütləvi axını müşahidə olunurdu. Xarici ölkədə təhsil almaq sanki dəb halını almışdı. Attestatla qəbul barədə müxtəlif elanlarla xaricə axın edən gənclərimizin müəyyən hissəsi geri qayıtmırdı. Geriyə qayıdanların da müəyyən hissəsinin diplomlarında problem yaşanırdı və bəzən iş məhkəmələrə qədər gedib çıxırdı. Seçimin obyektiv meyarlarla aparılmaması və digər subyektiv səbəblər isə həm beyin, həm də kapital axınının baş verməsinə səbəb olurdu”.

“Hesab edirəm ki, universitetlərimizin nüfuzunu qaldırmağa çalışmalıyıq. Yəni xaricdə təhsil almağa o insanlar getsin ki, bizdə həmin sahələr üzrə ya mütəxəssis olmasın, ya da o sahə zəif inkişaf etsin. Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur, xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir, nəinki onların digər ölkələrə xidmət etməsi. Şübhəsiz ki, ölkə başçısının gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən “Xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada işləsinlər və Vətənə burada xeyir gətirsinlər” mesajı gənclərimizin dünyanın aparıcı ölkələrinin nüfuzlu universitetlərində alacaqları bilikləri respublikamızın iqtisadiyatına yönləndirmələrinə yeni impuls verəcək”-N.İsrafilov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri