Təhsildə bərabər imkan ümumi savadlığı yüksəldir | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnklüziv konsepsiya həssas qrupların kənarda qalmasına imkan vermir Təhsil sistemi hər bir fərdin potensialını üzə çıxarmaq və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün fundamental əhəmiyyət kəsb edir.
Bu gün dünyada ən çox müzakirə edilən konsepsiyalardan biri inklüziv təhsildir.
İnklüziv təhsil fərdi xüsusiyyətlərindən, fiziki və ya intellektual imkanlarından asılı olmayaraq bütün uşaqların eyni təhsil müəssisələrində təhsil almasını nəzərdə tutur.
Bu yanaşma həm də məktəblilər arasında ayrı-seçkiliyin qarşısını alır.
İnklüziv təhsilin əsas məqsədi şagirdlərin təhsil ehtiyaclarını nəzərə alaraq onlara lazımi dəstəyi təmin etməkdir.
Bəzən onlar öyrənmə prosesində çətinliklərlə üzləşirlər ki, bu da fərdi inkişaf üçün əlavə proqramlar və xüsusi xidmətlər tələb edir.
Beynəlxalq konvensiyalar xüsusilə həssas qruplara aid olanların təhsilə çıxışının təmin edilməsi və potensialının reallaşdırılması üçün zəruri dəstəyin göstərilməsinin vacibliyini vurğulayır.
Tam oxu
Xəbəri oxu