Icma.az
close
up
RU
Təhsildə bərabər imkan ümumi savadlığı yüksəldir

Təhsildə bərabər imkan ümumi savadlığı yüksəldir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnklüziv konsepsiya həssas qrupların kənarda qalmasına imkan vermir

Təhsil sistemi hər bir fərdin potensialını üzə çıxarmaq və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün fundamental əhəmiyyət kəsb edir. Bu gün dünyada ən çox müzakirə edilən konsepsiyalardan biri inklüziv təhsildir. İnklüziv təhsil fərdi xüsusiyyətlərindən, fiziki və ya intellektual imkanlarından asılı olmayaraq bütün uşaqların eyni təhsil müəssisələrində təhsil almasını nəzərdə tutur. Bu yanaşma həm də məktəblilər arasında ayrı-seçkiliyin qarşısını alır.

İnklüziv təhsilin əsas məqsədi şagirdlərin təhsil ehtiyaclarını nəzərə alaraq onlara lazımi dəstəyi təmin etməkdir. Bəzən onlar öyrənmə prosesində çətinliklərlə üzləşirlər ki, bu da fərdi inkişaf üçün əlavə proqramlar və xüsusi xidmətlər tələb edir. Beynəlxalq konvensiyalar xüsusilə həssas qruplara aid olanların təhsilə çıxışının təmin edilməsi və potensialının reallaşdırılması üçün zəruri dəstəyin göstərilməsinin vacibliyini vurğulayır.

Azərbaycan beynəlxalq konvensiyalara qoşularaq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər təhsil imkanlarının yaradılması öhdəliyini öz üzərinə götürüb. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə mühüm addımlar atılır, pilot layihələr həyata keçirilir və ümumtəhsil məktəblərində xüsusi siniflər yaradılır. Bərpa mərkəzləri də uşaqların bacarıqlarının inkişafında böyük rol oynayır.

Təhsil ocaqlarında fiziki mühitin uyğunlaşdırılması da böyük əhəmiyyət daşıyır. Pilləkənlərin panduslarla əvəzlənməsi, sinif otaqlarının məktəblilərin xüsusi ehtiyaclarına cavab verəcək şəkildə tərtib olunması tədris mühitini daha əlçatan edir. Tədqiqatlar göstərir ki, belə bir mühitdə fərqli imkanlı şagirdlər üçün təhsilin keyfiyyəti artır. Bu sistem hər bir şagirdə öz potensialını tam şəkildə reallaşdırmaq imkanı verir və onları gələcəkdə cəmiyyətin fəal üzvünə çevirir.

246 nömrəli məktəb-liseyin direktoru Elmar Həşimov inklüziv təhsilin məktəbdə uğurla tətbiqindən danışarkən, bu prosesin ilkin mərhələlərində bəzi çətinliklərin olduğunu bildirdi. O zaman keçdikcə həm şagirdlərin, həm də müəllimlərin yeni sistemə uyğunlaşaraq əhəmiyyətli irəliləyişlər əldə edildiyini vurğuladı:– İlk vaxtlar xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün yeni mühitə uyğunlaşmaq bir qədər çətin idi, ancaq bu gün fəxrlə deyə bilərik ki, inklüziv sinifdə təhsil alan uşaqlarımız artıq beşinci sinfə keçib və onlar sinif yoldaşları ilə rahatlıqla ünsiyyət qurur, sosiallaşır və dərslərdəki nailiyyətləri gözlə görülür.

Bu müvəffəqiyyətin əsas səbəblərindən biri müəllimlərin xüsusi təlim keçmələridir. “Davranış qaydaları” və digər vacib mövzularda təlim keçən müəllimlər inklüziv mühitdə necə effektiv işləməli olduqlarını öyrənirlər. Bu yanaşma sayəsində hər bir şagirdin potensialı tam şəkildə üzə çıxarılır və onlara bərabər təhsil imkanları yaradılır.

Övladını inklüziv sinfə göndərən Ruqiyyə Hüseynova bu qərarı verərkən böyük bir ümidlə oğlunun gələcəyi üçün ən doğru addım atdığını bildirir:– Daun sindromu diaqnozu bir son deyil, fərqli inkişaf yolunun başlanğıcıdır. Mən övladımın cəmiyyətin bir hissəsi olduğunu hiss etməsini və yaşıdları ilə birgə böyüməsini istəyirdim. İnklüziv sinifdə o, böyük irəliləyişlər əldə etdi. Sadəcə, dərslərini deyil, həm də yaşıdları ilə münasibətdə özünü ifadə etməyi, başqalarını dinləməyi və anlamağı öyrəndi. Bu, onun həyatına müsbət təsir göstərir, danışıq və ünsiyyət bacarıqlarının inkişafında böyük rol oynayır, ən əsası isə özünəinamını gücləndirir. O, həm də yaşıdlarının fərqliliklərini başa düşür və onlara hörmətlə yanaşır. Bu, təkcə övladım üçün deyil, bütün uşaqlar üçün ən vacib həyat dərsidir.

İnklüziv təhsildə uğur qazanmaq müəllimlərin peşəkarlığından çox asılıdır. Müəllimlər hər bir uşağın fərqli ehtiyaclarını başa düşmək, onlara uyğun tədris planları hazırlamaq üçün lazımi bilik və bacarıqlara malik olmalıdırlar. Eyni zamanda, ictimai nəqliyyat, məktəb binaları və oyun meydançaları inklüziv standartlara cavab verməlidir. Cəmiyyətin münasibəti də dəyişməlidir. Uşaqlarda həmrəylik və qarşılıqlı hörmət hissini gücləndirmək üçün valideynlərin, müəllimlərin və bütün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Bu, daha tolerant və mehriban cəmiyyət qurmağın əsasını təşkil edir.

Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri