Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan nefti ilə bağlı statistikalar hər dəfə düşünməyə material verir.
Hadisələr bu sürətlə davam edərsə, tezliklə neft ölkəsi statusunu da itirəcəyik.
İndi neft ixracatçısı kimi tanınmış ölkələri birləşdirən OPEC-in də kvotası qədər hasilat ortaya qoya bilmirik.
Təşkilata daxil olmayan ölkələrin də yer aldığı OPEC+ təşəbbüsü bizə gündəlik 551 min barel neft çıxarmağa imkan verir.
Amma Azərbaycan noyabrda kvotanın 88 faizindən istifadə edə bilib.
Bizimyol.info xəbər verir ki, bizim ölkə noyabrda gündəlik 486 min barel neft hasil etməyi bacarıb.
Bir neçə il əvvələ qədər Azərbaycan 650-700 min bareldən aşağı məhsuldarlıq göstərmirdi.
Lakin zamanla ciddi geriləmə müşahidə olundu.OPEC+ təşəbbüsü hansı proqnozu verir?